Ualli

UalliManna dövlətinin bizə məlum olan beşinci hökmdarı, hökmdar Ahşerinin oğlu. Ualli atası üsyançılar tərəfindən öldürüldükdən sonra hakimiyyət gəlmişdir. O, Ahşeridən fərqli olaraq Assurla olan münasibətləri qaydaya salmağa çalışmış, oğlu Erisinini və qızını Assur hökmdarına girov göndərdi. Buna cavab olaraq Aşşurbanipal Mannaya özünün sülh elçisini göndərmişdi.[3]

Ualli
Mannanın V hökmdarı
e.ə. 650[1] e.ə. 630[2]
ƏvvəlkiAhşeri
Şəxsi məlumatlar
Atası Ahşeri
Uşağı Erisini
Dini Politeizm

Aşşurbanapalın "B silindri"ndəki kitabəsində Uallinin hakimiyyətə gəlməsi haqqında deyilir:

"[Aşşur və] İştar mənim hökmdarlığıma hörmət etməyən Ahşerini onun qullarının əlinə verdilər. Onun [ölkə adamları] ona garşı qiyam qaldırdılar və onun meyitini küçəyə atdılar. Sonra onun oğlu Ualli onun taxtına əyləşdi."[4]

İstinadlar

  1. Azərbaycan tarixi (yeddi cilddə), I cild, Bakı, 2006
  2. S. Əliyarlı – Azərbaycan tarixi, Bakı Dövlət Universitetinin nəşri, Bakı, 2009
  3. AVİU № 72
  4. S. Qaşqay – Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə, Bakı, 2007

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.