UEFA Avropa Liqası
UEFA Avropa Liqası, əvvəlki adı: UEFA Kuboku (ing. UEFA Cup) — UEFA-nın təşkil etdiyi klub turniri.
Açılış ili | 1971 |
---|---|
Komandaların sayı |
32 (qrup mərhələsi) 143 (ümumi) |
Son çempion | Sevilya (7-ci dəfə) |
Ən uğurlu klub | Sevilya (7 dəfə) |
TV yayımçıları | CBC Sport |
Veb səhifəsi | Rəsmi vebsaytı |
Cari mövsüm |
UEFA Çempionlar Liqasından sonrakı ən əhəmiyyətli klub turniridir. 2009-cu ilin iyun ayında köhnə adı UEFA Kuboku olan çempionat, turnirin USL standartlarına çatması üçün köklü bir sıra status dəyişikliklərinə gedilmiş, bununla da 2009-10 mövsümündən etibarən indiki adıyla təşkil başlanmışdır. Bu dəyişikliklər nəticəsində UEFA Avropa Liqası, UEFA Kubokunun davamı olaraq qəbul edilmişdir. 1955-ci ildə başladılan Şəhərlər Kuboku, UEFA Kubokunun öncəki adıdır. 1971-ci ildə Şəhərlər Kubokunun adı UEFA Kuboku olaraq dəyişdirilmişdir. 1999-ci ildə isə UEFA Kubok Qalibləri Kuboku qaldırılaraq UEFA Kuboku ilə birləşdirilmişdir. 2004-05 mövsümü əvvəli qrup mərhələlərində bəzi status dəyişiklikləri edilən kubok 2009-ci ildəki son tənzimləmə ilə indiki halını almışdır. Son dəyişikliklərdə ad və status yenilənməsinin yanında kubok UEFA Intertoto Kuboku ilə də birləşdirilmişdir.
Kubokun ilk çempionu 1972 UEFA Kuboku Finalında rəqibini aşırdan Tottenham Hotspurdur. Ad dəyişikliyi sonrasında ilk çempionluğu qazanan komanda isə 2010 UEFA Avropa Liqası Finalında Fulhami 2-1 məğlub edən Atletiko Madriddir. Kuboku ən çox qazanan komanda isə yeddi dəfə çempionluq yaşayan İspaniya təmsilçisi Sevilyadır.
Ən müvəffəqiyyətli klublar
Ən müvəffəqiyyətli ölkələr
Yer | Ölkə | Çempion | Finalçı |
---|---|---|---|
1 | İspaniya | 11 | 5 |
2 | İngiltərə | 9 | 7 |
3 | İtaliya | 9 | 6 |
4 | Almaniya | 6 | 8 |
5 | Niderland | 4 | 3 |
6 | Portuqaliya | 2 | 5 |
7 | İsveç | 2 | 0 |
8 | Rusiya | 2 | 0 |
9 | Belçika | 1 | 2 |
10 | Ukrayna | 1 | 1 |
11 | Türkiyə | 1 | 0 |
12 | Fransa | 0 | 5 |
13 | Şotlandiya | 0 | 3 |
14 | Avstriya | 0 | 1 |
15 | Yuqoslaviya | 0 | 1 |
16 | Macarıstan | 0 | 1 |