UEFA Avro 2004 (seçmə mərhələsi)
UEFA Avro 2004-ün seçmə mərhələsinin oyunları 7 sentyabr 2002-ci il və 11 oktyabr 2003-cü il tarixləri arasında keçirilmişdir. Seçmə mərhələsində on qrupa bölünmüş (hər birində beş komanda) 50 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışlar. Qruplarında ikinci yeri tutan on komanda beş cütə bölünərək öz aralarında pley-off oyunlar oynamışlar və oyunların qalibləri yollarına davam etmişdir.
UEFA Avro 2004 (seçmə mərhələsi) | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix | 2004 |
Başlama tarixi | 7 sentyabr 2002 |
Bitmə tarixi | 19 noyabr 2003 |
Yarış statistikası | |
Oyun sayı | 110 |
Qol sayı | 77 |
On altı finalçıdan onu UEFA Avro 2000-in də final turnirində iştirak etmişdir. Latviya ilk dəfə idi ki, böyük bir futbol yarışının final turnirinə qatılırdı. Yunanıstan 24 illik aradan sonra Avropa çempionatının final turnirində iştirak etmək hüququ qazanmışdı. Bolqarıstan, Xorvatiya, Rusiya və İsveçrə də 1996-cı ildəki debütlərindən sonra ikinci dəfə idi ki, çempionatın final turnirinə vəsiqə qazanmışdılar.
Seçmə mərhələsini adlayan komandalar
Komanda | Mərhələni keçmişdir | Mərhələni keçmə tarixi | Turnirdə əvvəlki iştirakları[upper-alpha 1] |
---|---|---|---|
Portuqaliya | Ev sahibi | 12 oktyabr 1999 | 3 (1984, 1996, 2000) |
Fransa | 1-ci qrupun qalibi | 10 sentyabr 2003 | 5 (1960, 1984, 1992, 1996, 2000) |
Çexiya[upper-alpha 2] | 3-cü qrupun qalibi | 10 sentyabr 2003 | 5 (1960, 1976, 1980, 1996, 2000) |
İsveç | 4-cü qrupun qalibi | 10 sentyabr 2003 | 2 (1992, 2000) |
Bolqarıstan | 8-ci qrupun qalibi | 10 sentyabr 2003 | 1 (1996) |
Danimarka | 2-ci qrupun qalibi | 11 oktyabr 2003 | 6 (1964, 1984, 1988, 1992, 1996, 2000) |
Almaniya[upper-alpha 3] | 5-ci qrupun qalibi | 11 oktyabr 2003 | 8 (1972, 1976, 1980, 1984, 1988, 1992, 1996, 2000) |
Yunanıstan | 6-cı qrupun qalibi | 11 oktyabr 2003 | 1 (1980) |
İngiltərə | 7-ci qrupun qalibi | 11 oktyabr 2003 | 6 (1968, 1980, 1988, 1992, 1996, 2000) |
İtaliya | 9-cu qrupun qalibi | 11 oktyabr 2003 | 5 (1968, 1980, 1988, 1996, 2000) |
İsveçrə | 10-cu qrupun qalibi | 11 oktyabr 2003 | 1 (1996) |
Xorvatiya | Pley-off qalibi | 19 noyabr 2003 | 1 (1996) |
Latviya | Pley-off qalibi | 19 noyabr 2003 | 0 (debüt) |
Niderland | Pley-off qalibi | 19 noyabr 2003 | 6 (1976, 1980, 1988, 1992, 1996, 2000) |
İspaniya | Pley-off qalibi | 19 noyabr 2003 | 6 (1964, 1980, 1984, 1988, 1996, 2000) |
Rusiya[upper-alpha 4] | Pley-off qalibi | 19 noyabr 2003 | 7 (1960, 1964, 1968, 1972, 1988, 1992, 1996) |
- Qalın şrift həmin ilin çempionunu göstərir. Kursiv şrift həmin ilin ev sahibini göstərir.
- 1960-cı ildən 1980-ci ilə qədər Çexiya millisi Çexoslovakiya millisi adı altında çıxış etmişdir.
- 1972-ci ildən 1988-ci ilə qədər Almaniya millisi AFR millisi adı altında çıxış etmişdir
- 1960-cı ildən 1988-ci ilə qədər Rusiya millisi SSRİ millisi, 1992-ci ildə isə MDB millisi adı altında çıxış etmişdir.
Səpələmə
Püşkatma 25 yanvar 2002-ci ildə Portuqaliyanın Santa Mariya de Feyra şəhərində keçirilmişdir.[1]
Portuqaliya avtomatik olaraq turnirin ev sahibi kimi avtomatik olaraq final mərhələsinə vəsiqə qazandığı üçün puşkatmada iştirak etməmişdir. Qalın şriftlə qeyd edilən komandalar turnirin final mərhələsinə vəsiqə qazanan komandalardır.
A səbəti | B səbəti | C səbəti | D səbəti | E səbəti |
---|---|---|---|---|
Fransa 2.10 |
Rusiya 2.10 |
Norveç 1.75 |
Kipr 1.11 |
Ermənistan 0.65 |
İcmal
Qruplar
1-ci qrup
|
|
2-ci qrup
|
|
3-cü qrup
|
|
4-cü qrup
|
|
5-ci qrup
|
|
6-cı qrup
|
|
7-ci qrup
|
|
8-ci qrup
|
|
9-cu qrup
|
|
10-cu qrup
|
|
Pley-off qarşılaşmaları
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Şotlandiya | 1 : 6 | Niderland | 1 : 0 | |
Xorvatiya | 2 : 1 | Sloveniya | 1 : 1 | |
Rusiya | 1 : 0 | Uels | 0 : 0 | |
Latviya | 3 : 2 | Türkiyə | 1 : 0 | |
İspaniya | 5 : 1 | Norveç | 2 : 1 |
İstinadlar
- "Green light for EURO 2004 draw procedure". UEFA.com. Union of European Football Associations. 23 yanvar 2002. 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.