Uşaqyeyən fəvvarəsi
Uşaqyeyən fəvvarəsi (alm. Kindlifresserbrunnen) — İsveçrənin Bern şəhərinin Kornhausplats meydanında fəvvarə. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[2].
Uşaqyeyən fəvvarəsi | |
---|---|
Kindlifresserbrunnen | |
| |
46°56′54″ şm. e. 7°26′51″ ş. u. | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Bern |
Tikilmə tarixi | 1545-1546 |
Material | qranit[1], Əhəng daşı, Dəmir |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Əvvəllər fəvvarə "Platsbrunnen" adı ilə tanınırdı, lakin 1666-cı ildə o özünün indiki adını qazanmışdır. Uşaqyeyən fəvvarəsi çılpaq uşağı udan nəhəng-adamyeyəni təsvir edir. O əlində digər uşaqlar ilə dolu bir çanta saxlayır[3]. Nəhəng divin başında Orta əsrlərdə yəhudilər tərəfindən güc yolu ilə geyinilən uzun papaq yerləşir[4]. Bu fakt daha sonralar sakinlər arasında nəhəng-adamyeyən fiqurunun yəhudilərə istinad etməsinə və onların ritual cinayətlərinin xatırlatması kimi bir sıra fərziyyələrə səbəb oldumdur[5]. Başqa nəzəriyyəyə əsasən, fəvvarədəki heykəl Yunan mifologiyasındakı Xronos tanrısını təcəssüm edir.
Çox güman ki, bu itaətsiz uşaqları qorxutmaq üçün istifadə edilmiş bir növ mifik fiqurdur[3]. Sütunun aşağı hissəsinə, üzərində silahlı ayıların yürüyüşü təsvir olunan friz quraşdırılmışdır[6].
Məhz bu fəvvarə İsveçrə yazıçısı Jak Şessenin L’Оgrе ("Adamyeyən") adlı romanının yaradılmasında mühüm rol oynamışdı. 2007-ci ildə heykəl postamentdən çıxarılaraq tamamilə bərpa edilmişdi. Mətbuatda uzun müddət restavrasiya işlərinin 500 000 franka həyata keçirildiyi barədə çoxlu yanlış və şişirilmiş məlumatlar verilmişdi.
İstinadlar
- https://www.e-periodica.ch/digbib/view?pid=zgh-001:2001:63::297.
- "Kantonsliste A-Objekte:Bern" (PDF). KGS Inventar (German). Federal Office of Civil Protection. 2009. 18 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 July 2010.
- Hofer, Paul. Die Kunstdenkmäler des Kantons Bern, Band 1: Die Stadt Bern. Basel: Gesellschaft für Schweizerische Kunstgeschichte. 1952. 281. 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-09. (alm.)
- Switzerland is yours.com travel guide Arxivləşdirilib 2012-07-17 at Archive.today accessed April 25, 2008
- See the City Council of Bern minutes of the May 14, 1998 5:00PM session Arxivləşdirilib fevral 13, 2012, at the Wayback Machine accessed November 23, 2008 (alm.) for one discussion of an anti-Semitic meaning in the statue
- Hofer, pg. 274, note 4