Uşaqan döyüşü

Uşağa döyüşü yaxud Əştərək döyüşü — 1826-1828-ci illəri əhatə edən İkinci Rus-Qacar müharibəsi zamanı 17 (yeni təqvimlə 29) avqust tarixində vaş vermiş döyüş. Qacar ordusu ilə Rus ordusu arasında baş vermiş döyüşdə qızılbaş ordusuna Şahzadə Abbas Mirzə, qarşı tərəfə isə General-Leytenant Afanasi Krasovski rəhbərlik edirdi.

Rusiya II Rusiya-İran müharibəsinin
xronologiyası

Şamxor döyüşü (1826)
Gəncə döyüşü (1826)
Uşaqan döyüşü (1827)
İrəvan qalasının işğalı (1827)
Türkmənçay müqaviləsi (1828)

1827-ci ilin avqust ayının əvvəllərində Qacar ordusu İrəvan xanlığı ərazisinin şərq torpaqlarını ələ keçirdi və burada İrəvan sərdarı Hüseyn xan Qacarın ordusu ilə birləşdi. Birləşmiş ordu Üçmüəzzin monastrını mühasirəyə aldılar. Üçmüəzzindən 35 verst kənarda yerləşən General Krasovski bu hadisədən xəbər tutduqdan sonra təcili oraya doğru irəliləməyə başladı. Onun ordusuna erməni və gürcü könüllülər də qatıldılar. Monastrı mühasirəyə alan Qacar ordusundan say etibarilə dəfələrlə az döyüşçüyə sahib olsa da, Krasovski onları məğlub etməyi bacardı və elə həmin gecə mühasirə ləğv edildi. Döyüş zamanı rus ordusu ağır itki ilə üzləşdi. Bu itki onun İran ilə müharibələrində aldığı ən ağır zərbə hesab edilir.

Bu döyüşün baş verməsi və gedişatı barədə ən dəyərli məlumatlar orada birbaşa iştirak etmiş komandan A. Krasovski, kapitan M. Sobolev və dekabrist E. Laçınov tərəfindən verilmişdir.

Döyüşün gedişatı həmin gün çox yüksək olan istilik tərəfindən çox təsirlənmişdir. Çünki rus ordusunun irəliləyişi istiqamətində yetərli qədər su ehtiyyatı yox idi. Həmçinin ordunun maddi-texniki təchizat yollarında da problemlər yaşanmaqda idi. Ordu ağır düşmən artilleriya və tüfəng atışları altında irəliləməyə məcbur idi. Rus ordusunun irəli bölmələri "süngülər ilə" döyüşərək yolu açarkən, arxa bölmələr Qacar ordusu bölmələrinin inadkar hücumlarını dəf etməli idi. Əlverişli mövqeləri ələ keçirən Qacarlar rus cinahlarına hücum etməyə də müyəssər olmuşdu. Onu da qeyd etmək lazımdır ki, Krasovski dəstəsinin uğurla keçməsinə ən əlverişli yüksəklikləri tutan rus artilleriyasının bacarıqlı hərəkətləri kömək etdi və tüfəngçilərin qoruması altında olan silahlılar Qacar ordusunun hücumlarını bacardıqca dəf etdi. Bir müddət keçdikdən sonra Qacar ordusu elə bir ağır vəziyyətə düşdü ki, ağır artilleriya və tüfəng atəşi altında olsalar da, düşməni süngü ilə geri atan rus piyadalarının sıralarına düşdülər.

Döyüş zamanı erməni könüllü dəstələri rus ordusuna önəmli yardımlar da etmişdilər.

1833-1834-cü ildə Bütün Ermənilərin Katalikosu I Yeprem Zoragextsi və Arxiyepiskop Nerses Aştaraketsinin təşkilatçılığı ilə, monastırın və yerli sakinlərin yardımı ilə döyüşün xatirəsi üçün onnu baş verdiyi yerdə abidə ucaldıldı.

19 aprel 2011-ci ildə burada Oşakan memorial kompleksinin açılışı həyata keçirildi. Kompleksdə "1827-ci il Uşaqan döyüşündə vəfat edən Müqəddəs Ana Üçmüədzin Məqamının rus xilasçı-döyüşçülərinə" adı daşımaqda idi.

Zəmin

Krasovski tərəfindən İrəvanın mühasirəsinin qaldırılması

II Rusiya-İran müharibəsinin gedişində İrəvan qalasını mühasirəyə alan general-adyutant K. X. Benkendorfa dəstəyə gələn Qafqazın baş komandanı general-adyutant İvan Paskeviç, qalanın yaxşı müdafiəsi və istilər səbəbindən İrəvan qalasının mühasirəsindən müvəqqəti olaraq əl çəkdi və əsas gücünü səfərbər edərək Naxçıvan istiqamətində hücuma keçdi.[1] Qalanın mühasirəsini isə Krasovskiyə tapşırdı. Krasovskinin başçılığı altında 20-ci piyada diviziyası, Sevastapol, Krım piyada alayları, 39 və 40-cı yeger alayları, 6-cı batalyon 38 topla qalanın mühasirəsində idi.[2]

15 (27) iyun tarixində XX piyada diviziyasının komandanı general Krasovski İrəvanı mühasirəyə almaq üçün gəldi. Rus qoşunları Naxçıvandakı döyüşlərdə qalib gəlsə də, İrəvandakı rus ordusunun vəziyyəti getdikcə pisləşirdi.[3] 1827-ci ilin yayı xüsusilə quraqlıq və isti keçməkdə idi. İstilik günəş altında 53.7 kölgədə 41.2 dərəcəyə çatmaqda idi. Bu və yerli şərait Rusiyadan yeni gəlmiş olan əsgərlər arasında müxtəlif xəstəliklərin yayılmasına yol açdı. Xəstəliklər və fərqli səbəblərdən ortaya çıxan qızmalar nəticəsində XX diviziyada döyüşə hazır cəmi 4 min əsgər qalmışdı. Bu şəraiti nəzərə alan Rusiya İmperator Ordusunun Qafqaz Korpusunun komandanı general-adyutant İvan Paskeviç imperator I Nikolaya etdiyi məruzədə istiliyin davam etdiyini, ot olmadığını, atlara veriləcək yemin olmadığını, ordunun 1/3 hissəsinin xəstəxanalarda olduğunu bildirmişdi. Dövlətin verdiyi məlumata görə, 1800 nəfərlik alayda 1000 nəfər döyüşə biləcək şəxs qalmışdı. Buraya cəmi 200 nəfəri xəstəxanalarda, 900 nəfəri isə silahlı olan qarovul bölüyü daxil deyildi.Belə bir şərait altında mühasirənin dayandırılması və payızın gəlişin başlamasından əvvəl müvəqqəti olaraq dağlara geri çəkilməsi qərara alındı.

Mühasirənin qaldırılma səbəblərindən biri də rusların maddi-texniki təminatında yaranmış çətinlik idi. Avqustun sonuna qədər yetərli qədər mühasirə silah-sursatının gətirilməyəcəyi bəlli idi.

21 (3 iyul) iyunda rus ordusu mühasirə mövqelərindən geri çəkildilər və Üçmüəzzinə irəlilədilər. Xəstə əsgərlər üçün səhra xəstəxanaı monastırın içərisində təşkil edildi. Monastırın 3 üç qülləsində meydan topu quraşdırıldı. 24 iyun (6 iyul) 2 min nəfərlik rus ordusuna təminat göndərilməyə başladı.

Monastırı və orada yerləşdirilən rus bölmələri lazımı ləvazimatlarla təmin edildikdən sonra Krasovski 30 (12 iyul) iyunda öz korpusu ilə birlikdə Baş-Aparan yüksəkliyinə doğru irəliləməyə başladı və Çınqıllıda düşərgə saldı.[4] Monastırda saxlanılan rus ordusunun sayı 500 nəfərlik Sevastopol piyada taboru, 5 top və 100 nəfərlik süvari erməni könüllüsündən ibarət idi. Erməni könüllülər Krasovskidən monastırda qalmaqlarına və oranı qorumaqlarına icazə almışdılar. Bundan başqa orada 700 nəfərlik xəstə rus əsgərləri də var idi.

Üşmüəzzin monastırının Hüseyn xan Qacar tərəfindən mühasirəyə alınması

İrəvan xanı Sərdar Hüseyn xan Üçmüəzzin monastırında yalnız cəmi bir taborun olduğu xəbərini eşitdikdən sonra oranı ələ keçirmək üçün cəhd etmək qərarına gəldi. O, Abbas Mirzəyə məktub yazaraq ondan yardım istədi [4]Beləliklə o, 3 (15) iyul tarixində 4 min və ya başqa qaynaqlara görə 500 süvari, 2 min nəfərlik Qacar ordusu və iki top ilə birlikdə İrəvanı tərk etdi. Növbəti gün İrəvan və Qacar ordusu artıq monastırı mühasirəyə almış vəziyyətdə idi. Alagöz dağının ətəyklərində də Nağı xanın komandanlığı altında 1000 nəfərlik qarapapaq dəstəsi yerləşdirilmişdi. Bu dəstənin məqsədi Krasovskinin korpusunun hərəkətlərini izləmək idi.

Üçmüəzzindəki rus ordusunun komandanı o zaman XX artilleriya briqadasının yaşlı qərərgah rəisi polkovnik-leytenant Lindenfeld idi. Hüseyn xan ona məktub göndərdi və onu əmin etdi ki, Qafqazdakı rus ordusunun komandanı olan Paskeviç Naxçıvandan Gürcüstana doğru geri çəkilmişdir. Beləliklə də o, Lindenfeldi əmin etmək istəyirdi ki, kömək gələcək yer yoxdur. O, rusları monastırı tərk etməyə dəvət edirdi. Ruslara belə edəcəkləri halda Hüseyn xan tərəfindən sərbəst və təhlükəsiz keçid hüququ alacaqları barədə təminat veriləcəkdi. Bunun əksi olacağı halda monastır hücumla ələ keçiriləcəkdi və heç kimə aman verilməyəcəkdi.

Məktuba cavab olaraq isə ruslar monastır qülləsindən top atəşi etməklə cavab verdilər. Hüseyn xan öz ordusunu top mərmilərindən uzağa çəkməyə məcbur oldu və monastırı çevrəyə alaraq ona doğru gedən bütün yolları mühasirəyə aldı. Lakin mühasirədəki bəzi ermənilər 5 iyul (17) tarixində mühasirədən qaçmağı bacardılar və Çınqıllıya gedərək Krasovskiyə hadisələr barədə məlumat verdilər. Krasovski dərhal 2 taboru 4 topla təchiz edərək monastıra doğru yürüşə çıxdı. Onları müşahidə edən qarapapaq dəstəsi bu hərəkətlənmə barədə dərhal Hüseyn xana məlumat verdilər. Hüseyn xan blokadanı aradan qaldıraraq ilk öncə Sərdarabada, daha sonra isə İrəvana geri çəkildi.

Kəşfiyyat məlumatları

Qacar ordusu casuslardan və içəriyə sızmış şəxslərdən geniş şəkildə istifadə edirdi. Belə şəxslər ermənilər, Azərbaycan türkləri və farslar arasından seçilməkdə idi. Belə şəxslər çox zaman rus düşərgəsi ilə ticarət əlaqələri quran şəxslər içərisindən seçilirdi. Krasovski, düşmən haqqında məlumat əldə etmək üçün daha tez-tez kəşfiyyat və süvari kəşfiyyatı aparmalı idi.Rus komandanlığının daha zəif kəşfiyyatının səbəbi, iranlılar tərəfindən rus casuslarının və ya sızanların edam edilməsi və amansız işgəncələrə məruz qalması idi. Rus ordusu isə Qacar ordusu casuslarını yaxaladığı zaman onları müəyyən müddət həbsdə saxlayır, şallaqladır və yenidən sərbəst buraxırdı.

Nerses Aştaraketsinin təşkilatçılığı ilə Üçmüəzzində casuslar şəbəkəsi qurulmuşdu ki, ruslar üçün məlumatlar toplansın. O, İrəvana və Sərdarabada casuslar göndərirdi. Erməni Kaziar Arutyunov Qacar ordusunun və İrəvan xanlığı bölmələrinin hərəkətini izləyirdi, Nersesin qohumu Pedros Markarov isə Krasovskiyə dəyərli məlumatları çatdırmaq ilə məşğul idi. Pedros 6 (18) avqustda Qacar ordusunun irəliləyişi barədə məlumat vermişdi. Eyni xəbər erməni usta Sahak Ağamalıyan tərəfindən də təstiqlənmişdi. Ağamalıyan İrəvan xanı Hüseyn xan Qacarın ordusunda piyada kimi xidmət etmiş və yenicə Qacar ordusu düşərgəsindən gəlmişdi. Rus ordugahında rəqib ordu barədə məlumatlar bəzən bir-biri ilə ziddiyyət təşkil edirdi. Krasovski Paskeviçə məktub yazıb bildirmişdi ki, Qacar ordusunun əsas düşərgəsi olan Qarababadada düşmənin əsas ordusu cəmləşmişdir və bura onların ordugahına yaxın yerdədir. Paskeçiv isə cavablamışdı ki, onda olan məlumata görə Qacar ordusu daxilində qarşıdurma başlamış, Abbas Mirzə özü isə həbs edilmişdir. Krasovski sonradan yazırdı:

Bütün nüansları ilə həqiqəti əks etdirməyən belə bir məlumat onu göstərirdi ki, onlar bilmirlər ki, Abbas Mirzə özünün əsas qüvvələri ilə birlikdə İrəvan vilayətində mənim qarşımda idi. Buna görə də, niyə heç bir vəziyyətdə əlavə qüvvə gözləyə bilməyəcəyimə inandırılmağım lazım idi.

Abbas Mirzənin gəlişi

Ruslar barədə bütün lazımı materialları toplayan Hüseyn xan Abbas Mirzəyə məktub yazdı. Məktubda İrəvanın mühasirədən qurtulduğu, rusların Üçmüəzzin monastırında çoxlu sayda xəstə əsgər və kiçik qarnizon buraxdığını, dağlara doğru geri çəkildiklərini, Krasovskinin alayının kiçik, gənc və təcrübəsiz döyüşçülərdən təşkil edildiyini yazılmışdı. Eyni zamanda Hüseyn xan indi Eçmiədzini tutmaqdan, hələ də Bezobdal dağlarında hərəkət edən mühasirə artilleriyasını dəf etməkdən və Krasovskini məhv edərək Gürcüstana yol açmaqdan asan heç nə olmadığını da bildirirdi.

4 (16) avqust tarixində Abbas Mirzənin 15 min süvaridən, 10 min poyadadan və 22 topdan ibarət ordusu Sərdarabad yaxınlığında Araz çayını keçdi və İrəvan xanlığına daxil oldu. Qacar ordusu 8 (20) avqust tarixində Üçmüəzzin və rusların düşərgə saldığı Çınqıllı dağı arasında yerləşən Əştərək kəndini ələ keçirdi. Baş-Aparan dağlarında olan rus mövqelərinin əlçatmaz olduğuna inandırıldıqdan sonra Abbas Mirzə ordusunu Oşakana doğru geri çəkdi və burada düşərgə saldı.

Məqsədləri

Hücumun məqsədi Üçmüəzzin monastırını ələ keçirmiş, oradan Gümrü vasitəsiylə Gürcüstana keçmə və Tiflisi yandırmaq planlanmışdı. Tiflis yandırıldıqdan sonra Gəncə vasitəsiylə geri dönüləcək, Qarabağdan Xudafərin körpüsü və ya Aslandüz qalası istiqamətindən Araz keçiləcəkdi.

Paskeviçin əsas qüvvələrinin qarşısına Abbas Mirzənin əsas ordusunun çıxması halında ruslar Təbrizə hazırladıqları yürüşü ertələməli olacaqdılar. Krasovski Abbas Mirzənin fəaliyyətini bu cür dəyərləndirirdi:

O [Abbas Mirzə], 10-15 gün ərzində istənilən yerdə planını bir və ya iki tabordan çox döyüşçü ilə qarşılaşmadan rahatlıqla həyata keçirə bilərdi. Çünki bizim əsas ordularımı Qarababa, Çınqıllıda və ümumiyyətlə İrəvan və Naxçıvan əyalətlərində idilər. Ərzaqsız fəalkət yaşamadan Gürcüstana dönmək və xilas üçün axtarış etmək əhəmiyyətli idi.

Lakin Abbas Mirzənin planı Tiflisdəki rus hərbi dairələrinə məlum idi. Buna görə də, general-adyutant N.M. Sipyagin 41-ci diviziyadan iki bölməni dərhal Tsalkadan Başkeçid istiqamətinə sürüşdürdü. Həmçinin Tiflis piyada diviziyası iki top və Sevastopol alayından bir tabor ilə birlikdə buraya göndərildi. General Krasovski də burada idi.

İlk toqquşmalar

10 (22) avqust tarixində Abarani çayını keçən 2 min nəfərlik Qacar ordusu rus düşərgəsinin qarşısında peydə oldu. Kazaklar yardım gələnə qədər manevralar edərək vaxt qazanmağa çalışdı. 200 yüz Kazak və iki piyada taboru iki top ilə birlikdə rus ordusuna yardım üçün göndərildi. Yardımların gəlməsi ilə birlikdə piyadalar tərəfindən dəstəklənən kazaklar əks hücuma keçərək Qacar ordusunun geri çəkilməsinə səbəb oldular. Döyüş zamanı kornet Kryukov qılınc zərbəsi ilə ayağından yaralandı.

13 (25 avqust) tarixində Qacar süvariləri müxtəlif istiqamətlərdən yenidən rus düşərgəsinə yaxınlaşdılar və qəflətən kazaklara hücum etdilər. Lakin kazaklar piyadaların yardıma gəlişinə qədər mövqeləri qoruyub saxlamağı bacardılar və nəticədə rəqibi bütün istiqamətlərdə geri çəkilməyə məcbur etdilər. O zaman Krasovski general P. X. Truzson və 50 kazak Eçmiədzin yolu boyunca kəşfiyyat aparırdılar. Əsas düşərgədəki komandan bu dəstənin pusquya məruz qala biləcəyindən şübhələnib oraya piyada taboru göndərmişdi. Qarnıyarıq dağının dərəsində kəşfiyyat dəstəsinin qabağında gedən Truzson və beş kazak uzaqdan pusqu görüb dayandılar. Həmin yoldan hər gün kazak patrulu göndərilirdi ki, Üçmüəzzindəki vəziyyət barədə xəbərləri əldə etsin. Pusquda yatan Qacar döyüşçüləri görüldüklərinin fərqinə vardıqdan sonra yerlərindən çıxdılar. 500 nəfərlik süvaridən ibarət bu dəstə dərhal generalların dəstəsinə hücuma keçdi, lakin bir neçə kilometr kənardan rus piyadalarının gəldiyini gördükdən sonra geri çəkilməyə məcbur oldular.

Eyni hün Krasovski öz düşərgəsindən Qacar ordusunun böyük bir hisəsinin hərəkətləndiyini gördü. Bu ordu Qarababadanə, yəni Paskeçivin əsas ordugahının olduğu yerdən gəlməsi gözlənilən Tiflis hərbi hakimi Sipyaginin gəlməsi gözlənilən yol istiqamətində hərəkət edirdi. Krasovski dərhal bu istiqamətdə iki tabor və 4 top göndərdi ki, Sipyaginə yardım etsinlər. Sipyaginə həqiqətən də Qacar ordusunun hücumu təşkil edildi, lakin bir gün pncədən göndərilmi. Sevastopol diviziyasından olan bir taborun yardımı ilə hücum dəf edildi.

Təxminən 4 min nəfərlik Qacar süvarisi Alagöz dağı ilə rus düşərgəsi arasında peydə oldu. Krasovski iki piyada taboru ilə birlikdə onlara qarşı çıxdı. Ona 50 nəfərlik Borçalıdan olan qüvvələr də yardım edirdi. Krasovskinin ordusunda 2 top ilə birlikdə, kongreve roketi də var idi. Krasovski döyüş barədə öz məruzəsində bu raketlərdən uğurla istifadə edildiyini, düşmənin dağıdıldığını qeyd etmişdi. Sevastopol diviziyası tərəfindən gücləndirilmiş 40-cı diviziya gecədən səhərə qədər bu raketlərdən istifadə etdi.

Üçmüədzin monastırının mühasirəsi

15 (27) avqustda Yusif xan, ZÖhrab xan və Topçu xanın rəhbərliyində Üçmüədzini mühasirəyə aldılar.

Yusif xanın monastırdakılara etdiyi təslim ola təklifi rədd edildi. Daha sonra Yusif xan monastırdakı rus komandanı Lindenfeldi şaha xidmət etməyə dəvət etdi. O, bunun qarşılığında ona hər cür imtiyazların veriləcəyini bildirirdi. Lindenfeld buna verdiyi cavabında rusların düşmənlərinə təslim olmadıqlarını, əgər iranlıların qalanı ələ keçirmək istəyirlərsə bunun üçün şərəfləri ilə əllərində silah oraya daxil olmalı olduqlarını bildirdi. Bundan sonra Yusif xan Nersesə məktub yazdı. O, Nersesi əgər onastırın qapısını açıq təslim etmədikləri halda oranı yerlə-yeksan etməklə hədələyirdi və bunun günahının Nersesin üzərində olacağını bildirirdi. Nerses isə cavabında monastırın Allah tərəfində qorunduğunu, əgər onu ələ keçirmək istəyirsə, cəhd etməli olduğunu bildirdi.

16 (28) avqustda Qacar artilleriyası intensiv şəkildə monastırı bombardman etməyə başladı. Çınqıllıdakı rus düşərgəsində belə bombardmanın səsi eşidilməkdə idi və Krasovskinin çox narahat olmasına səbəb olurdu. İki rus ordu bölməsi arasında əlaqə kəsilmişdi. Üçmüədzindən düşərgəyə və ya əksi istiqamətində hərəkət etməyə çalışan erməni və ya Azərbaycan türkü sakin ələ keçirilmişdi. Onların bəzilərinin qulaqları və burunları kəsilmiş, gözləri oyulmuşdu. Çoxunun taleyi isə bəlli deyildi. Lakin Krasovski Qacar ordusundan qaçan 4 nəfərdən məlumat ala bildi. Qacar ordusundan qaçan döyüşçü Krasovskiyə bildirdi ki, İrəvan sərdarı Hüseyn xan Abbas Mirzəyə iki günə monastırın açarını ona göndərəcəyi ilə bağlı söz verib. Abbas Mirzə də bunun qarşılığında ələ keçirilən bütün rus artilleriyasını ona bağışlayıb, İrəvan qalasına yerləşdirəcəyi ilə bağlı söz vermişdi. Bu məlumat qısa zaman sonra ruslara çalışan Sahak Ağamalıyan tərəfindən də təstiqləndi. O, ruslara göndərdiyi məruzədə Qacar ordusunun hərəkətlərinin ətraflı hesabatını qələmə almışdı.

Bu zaman monastırda olan ərzağın da azalması barədə məlumatlar gəlməyə başladı. Krasovski dərhal öküz arabalarında on günlük ehtiyatı olan bir nəqliyyatın yaradılmasını əmr etdi

Krasovskinin Üçmüədzinə hücumu

Qacar ordusunun hücumlarının artdığı bir dövrdə Əlahiddə Qafqaz Korpusunun komandanı Paskeçiv Krasovskiyə təlimat verərək bütün qüvvəsi ilə (6 min nəfərdən ibarət) onlara hücum etmək əmrini verdi. Lakin Krasovski özünı tabe qüvvələrdən yalnız 2 min nəfər götürməklə monastırda mühasirədə olanlara yardıma getmək qərarına gəldi.

16 (28) avqustda çadırlar toplanaraq formalaşn bu dəstəyə Krasovski tərəfindən baxış keçirildi.

General-mayor E. A. Berxmanın komandanlığı altında Krım piyada alayının bir taboru, hərbi mühəndis bölüyünün bir hissəsi və 10 top Çınqıllı düşərgəsində saxlanıldı.

Tərəflərin qüvvələri

Rus qüvvələri

Birləşdirilərək yürüşə daxil edilən bölmələr ibarət idi:

Piyada:

  • Krım piyada diviziyasının taboru
  • 39-cu Jaeger diviziyasının taboru
  • Birləşmiş tabor ibarət idi: 40-cı Jaeger diviziyasının iki bölməsi, mühəndis bölməsi, Sevastopol taboundan 80 hərbçi, gürcü-erməni dəstəsindən 60 nəfər, 40-cı Jaeger diviziyası (hər tabor 3 bölmədən ibarət idi)

Süvari:

  • Don Kazak Andreyev Diviziyası
  • Don Kazak Sergeyev Diviziyası (bu iki kazak dəstəsinin döyüşçülərinin sayı təxminən 500 nəfər idi. Lakin başqa qaynaqlara görə bu say 300-ü keçməməkdə idi)
  • 100 nəfərlik erməni könüllü süvari dəstəsi

Artilleriya

4 batareya topu

20-ci artilleriya briqadasının 6 yüngül topu

2 yeniləşdirilmiş kazak topu

Rus ordusunun yekun sayı barədə rəqəmlər fərqlənməkdədir. Bu qayanqlarda ordudakı döyüşçülərin sayı 2300-3000 arasında dəyişməkdədir:

Источник Год Численность
İ.Q. Quryanov18313000[5]
Platon Zubov1837до 2500[6]
Uilyam Monteith1856до 3000[7]
Q. Kazbek18653000[8]
V. А. Andreyev18762500 или 3000[9]
Vasili Potto1888до 2800[10]
А.S. Laçınski1891до 2500[11]
Pavel Bobrovski1895до 2000[12]
D.V. Rakoviç1900до 2500[13]
J. F.Baddeley19082300[14]
M. Alaverdiyan19122400[15]
Z.T. Qriqoryan19592500[16]
L.Q. Beskrovniy19742500[17]
M.Q. Nersesyan1975до 2800[18]
A.Vş Şişov2007ок. 2500[19]
A.Q. Tunyan20073000[20]
А.E. Xaçikyan20093000[21]






Abbas Mirzə öz qüvvələrini cəmləşdirib 10 min piyada, 15 min süvari və 28 top var idi, avqustun 17-də Uşağa vuruşmasında rus qoşunlarına ağır zərbə endirdi. Səhər saat 7-dən gündüz saat 4-dək davam edən qanlı döyüş Üçkilsənin 2 verstliyində başa çatdı.[4] Döyüşdən qaçan Krasovski Üçkilsə monastırına sığındı. Gizetti bu vuruşma haqqında məlumatına görə, Krasovskinin dəstəsi həmin döyüşdə 1166 əsgər və zabit itirdi (685 nəfər öldürüldü, 347 nəfər yaralandı, 134 nəfər isə əsir düşdü).[4][22] Şerbatova görə isə, Krasovskinin dəstəsindən 700-ə yaxın əsgər və zabit öldürüldü, 300 nəfərədək yaralandı və generalın özü çiynindən ağır yara aldı. Şerbatov Abbas Mirzənin itkisinin 3 minə çatdığını qeyd edir. Görünür, müəllif Abbas Mirzənin itkisini çox, ruslarınkını isə az göstərmişdir. Krasovskinin dəstəsi qaçaraq geri çəkildiyindən rus qoşunlarının itkisi daha çox olmalı idi.[4][22]

İstinadlar

  1. Fuad Əliyev, Urfan Həsənov.s.162.
  2. Elçin Qarayev.s.227.
  3. Yaqub Mahmudov.s.228.
  4. Yaqub Mahmudov.s.229.
  5. Гурьянов, 1831, Т. 1, с. 79—80
  6. Зубов, 1837
  7. Monteith, 1856. səh. 135
  8. Казбек, 1865
  9. Андреев, 1876
  10. Потто, 1888, Т. 3, с. 466
  11. Лацинский, 1891, Т. 3, с. 163
  12. Бобровский, 1895, Т. 4, с. 107
  13. Ракович, 1900
  14. Baddeley, 2011. səh. 168 (en)
  15. Алавердянц, 1912
  16. Григорян, 1959
  17. Бескровный, 1972
  18. Нерсисян, 1975
  19. Шишов, 2007
  20. Тунян, 2007
  21. Хачикян, 2009, Гл. 13, § 2
  22. Elçin Qarayev.s.234–235.

Ədəbiyyat

  • Yaqub Mahmudov. A. A. Bakıxanov adına Tarix İnstitutu. "İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi)". Bakı- 2010
  • Fuad Əliyev, Urfan Həsənov. "İrəvan xanlığı". Bakı, "Şərq- Qərb", 2007,144 səh. ISBN 978-9952-34-166-9
  • Elçin Teymur oğlu Qarayev. "Azərbaycanın İrəvan bölgəsinin tarixindən(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında)".Bakı: Mütərcim, 2016. – 544 səh

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.