Uşaq hüquqları

Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.

Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur.

Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır.

Konseptual çərçivə

Uşaq və uşaq hüquqları konsepsiyası

Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensiyal olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür. Müasir uşaqlıq anlayışının ümumilikdə Qərb cəmiyyətlərində ortaya çıxması 17-ci əsrdən başlayaraq bir sıra dəyişikliklərin nəticəsi olmuşdur.[1]

Uşaq rifahı

Son illər bir çox beynəlxalq təşkilatların, xüsusən də UNİCEF-in səyləri nəticəsində inkişaf etmiş ölkələrin "siyasət və xidmətlərdə uşaqların rifahına rəvac verən mərkəz" yanaşmalarının tətbiq olunduğu görülür. Bu yanaşmanın ortaya çıxmasına insanların rifahının təkcə adambaşına gəlirlə əlaqəli olmadığı barədə geniş düşüncənin təsiri olmuşdur. Bu anlayış, eyni zamanda, BMT-nin Uşaq Hüquqları Konvensiyasında "uşaqların da xüsusi hüquqları olduğu kimi insan hüquqları da var" prinsipinin xatırlatması olaraq qəbul edilmişdir. Nəticə etibarilə uşaqların rifahını təmin etmək üçün bu hüquqlara hörmət edən xüsusi siyasət tələb olunur.[2]

Uşaq hüquqları Komitəsi

Uşaq hüquqları Komitəsi Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyasının 43-cü maddəsi əsasında yaradılmışdır. Konvensiyanın iştirakçı dövlətləri tərəfindən 4 il müddətinə seçilən 10 ekspertdən ibarətdir. Başlıca səlahiyyəti Konvensiyada iştirak edən dövlətlərin dövri məruzələrinə baxmaqdan ibarətdir. Komitə habelə müxtəlif ölkələrdə uşaqların vəziyyəti barədə məlumat toplayır və təhlil edir, müvafiq tövsiyələr işləyib hazirlayır.

Uşaq hüquqları Konvensiyası

20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir.

Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2019-03-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12.
  2. "Arxivlənmiş surət" (PDF). 2019-08-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-12.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.