Uşaq arabası (film, 1969)
Uşaq arabası | |
---|---|
Janr |
dram uşaq |
Rejissor | F.Hacıyev |
Ssenari müəllifləri |
Z.Hacıyev F.Hacıyev |
Operator | A.Çeçikov |
Bəstəkar | Tofiq Babayev |
İstehsalçı | "Ekran" |
İlk baxış tarixi | 1969 |
Filmin növü | bədii televiziya filmi |
Ölkələr | SSRİ |
İl | 1969 |
Texniki məlumatlar | 35 mm |
Məzmun
Ailədə uşaq doğulmuşdur. Xoşbəxt ata uşaq arabası alır. Zaman keçir, uşaq böyüyür, daha araba lazım olmur, lazımsız bir şey kimi onu küçəyə atırlar. Məktəbli uşaqlar arabanı aparırlar.
Uşaq dəniz kənarında oynayır, bu vaxt öz arabasını görüb, tanıyır, məktəblilərdən almaq istəyir. Qısa mübahisədən sonra məktəblilər arabanın bir təkərini çıxarıb ona verirlər. Oğlan sanki öz uşaqlıq illəri ilə vidalaşmış kimi, qüssə dolu gözlərini təkərdən çəkmir… sonra təkəri küçəboyu gillədib sevinir…
Filmin heyəti
Film üzərində işləyənlər
- Quruluşçu rejissor: F. Hacıyev
- Ssenari müəllifi: Z. Hacıyev, F. Hacıyev
- Quruluşçu operator: A. Çeçikov
- Bəstəkar: Tofiq Babayev
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.