Uşaq
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır.
Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır.[1]
Əsas qruplar
Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır. Belə oyunlarda böyüklər iştirak etmir”[2]
Bir aylıq körpənin hərəkətləri:
- Ağzını açıb, anadan süd əmmək istəyər
- Əllərini yumruq şəklində düzəldərək ağzına aparar
- Oyaq olduğunda sizin üzünüzə baxaraq səsinizi dinləyər
- Arxası üstündə olarkən yana dönməyə çalışar
- Barmağınızı əmməyə çalışar
- Ac və narahat olanda ağlayaraq öz problemini söyləməyə çalışar
- Günün çox saatını yatar, 2–3 saatdan bir oyanaraq qidalanar
- Oturaq şəkildə başını ara-sıra dik tuta bilər
- Üzü üstə qoyulanda başını titrədərək qaldıra bilər[mənbə göstərin]
- Barmağınızı ovcunun içində bərk-bərk tutar
Dəyişikliklər
- Göz əzələləri inkişaf etdikcə göz hərəkətlərini daha yaxşı səmtləşdirməyə başlar
- Artıq şəxsiyyət yaranmağa başlayır, beləki bəzi körpələrin kür və səsli və bəzilərinin isə səssiz-səmirsiz olması buna işarədir
- Birinci ayın sonuna doğru sizin danışıqlarınıza, səslərinizə və ona toxunmalarınıza görə gülümsəməyə çalışar
- Qidalanma vaxtı getdikcə öz qaydasına düşər
İstinadlar
- Һәдик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 188.
- Süleymanova Ləman. Ortaq türk keçmişindən ortaq türk gələcəyinə. IV Uluslararası folklor konfransının materialları, Bakı. 2006. səh. 179.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.