Uşakov adası

Uşakov adası — ada Şimal Torpağı arxipelaqı ilə Frans-İosif Torpağı arasında, Kara dənizinin şimalında yerləşir. Ada 328 km² əraziyə sahibdir. Maksimal hündürlüyü 350 metrdir. Ən yaxın quru parçası Vize adasıdır. Ada bütünlüklə buzla örtülüdür.

Uşakov adası
rus. Остров Ушакова
Ümumi məlumatlar
Sahəsi 328 km²
Uzunluğu
  • 25,5 km
Eni 17,5 km
Hündür nöqtəsi 350 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
80°48′ şm. e. 79°29′ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Uşakov adası xəritədə
Uşakov adası
Uşakov adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada 1935-ci ildə sovet ekspedisiyasının Sadko buzqıranında kəşf edilərək Georgi Uşakovun şərəfinə adlandırılmışdır. Adanın yerləşdiyi ərazinin dumanla örtülməsi ilə əlaqədar onun müəyyən edilməsi yeni aysberqlər hesabına müəyyən edilmişdir. Aysberlərin gəlmə istiqaməti müəyyən edildikdən sonra ada kəşf edilir. Onun bütünlüklə buzla örtülməsi müəyyən olunmuşdur. Ekspedisiya üzvü olan kontr-admiral Nikolay Nikolayeviç Zubov adanın buz örtüyünü örtük buzu olaraq adlandırmışdır. Qütb stansiyası adada 1954-ci ildə təşkil edilmiş və 1980-ci illərin sonlarına qədər fəaliyyət göstərmişdir[1]. 2001-ci ildə adada olan ekspedisiya üzvləri stansiyanı ziyarət etmişdir. Stansiya donmuş binanı xatırladırdı.

İstinadlar

  1. "Полярная станция Остров Ушакова". 2010-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.

Xəritə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.