Uğurbəyli məscidi

Uğurbəyli məscidiBərdənin Uğurbəyli kəndində yerləşən məscid[1].

Uğurbəyli məscidi
40°22′ şm. e. 47°07′ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bərdə
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil
İstinad nöm.4161
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Uğurbəyli məscidi Azərbaycanın Bərdə rayonunda eyni adlı kənddə tikilmişdir. Məsçidin tikilməsi XIX[2]-XX əsrin əvvəllərinə aiddir. Sovet dövründə məsçid anbar kimi istifadə olundu, sonra uzun müddət qapalı qaldı və yararsız vəziyyətə gəldi.[3]

Camaat tərəfindən sökülərək yerində yeni məscid tikilmişdir.

16 dekabr 2009-cu ildə Uğurbəyli məscidinin dini icması Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib (№100109 АЗ-106).[4]

Məscid Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən memarlıq abidəsi kimi qeydə alınmışdır.[5]

Memarlıq xüsusiyyətləri

Məscid birmərtəbəlidi. Məscidin minarəsi (hündürlüyü 12 metrdir) bişmiş kərpicdən tikilib. Döşəmə də bişmiş kərpiclə işlənib. Divarlar içəridən suvanmışdır. Damın örtüyü şiferlə işlənib.

Məscidin yanında türbə də mövcuddur. Türbə də bişmiş kərpicdən işlənib.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-18.
  2. "Bərdə rayonunun abidələri". 2018-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
  3. "Министерство культуры и туризма Азербайджана: Мечеть "Угурбейли" Бардинского района". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
  4. "450 DİNİ İCMA QEYDİYYATA ALINIB". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
  5. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi - Uğurbəyli məscidi". 2013-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.