Uğur İsmayılzadə
Uğur Hidayət oğlu İsmayılzadə (18 iyul 1995; Yevlax rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Uğur İsmayılzadə | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yevlax rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Yevlax Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
![]() ![]() |
Həyatı
Uğur İsmayılzadə 1995-ci il iyulun 18-də Yevlax rayonunun Qaramanlı kəndində anadan olub.[1]
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Uğur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Uğur İsmayılzadə oktyabrın 16-da Ağdərə ərazisində Ağaçuq adlandırılan ərazidə şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri
— "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.