Uçan ulduzlar
Uçan ulduzlar (serb-xorv. Летеће звезде / Leteće zvijezde) — Yuqoslaviya Sosialist Federativ Respublikasına, daha sonra isə Serbiya və Monteneqroya məxsus olmuş aerobatika eskadronudur.[1]
Uçan ulduzlar | |
---|---|
Leteće zvezde | |
Növü | aerobatika eskadronu |
Yaranma tarixi | 1985-2000 |
Ölkə | Yuqoslaviya Sosialist Federativ Respublikası, Serbiya və Monteneqro |
Tabedir | Yuqoslaviya Hərbi Hava Qüvvələri |
Rəngləri |
Göy, ağ, qırmızı |
Təchizatı | 7 IJ-21 Jastreb, 7 G-4 Super Galeb |
Tarixi
1985-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikası Hərbi Hava Qüvvələri tərkibində qurulmuşdur. Uçuşlar üçün Soko J-21 Jastreb(en) Təyyarələri istifadə olunurdu. 1990-cı ildə bu təyyarələr Soko G-4 Super Galeblərlə(en) əvəz olundu. 1991-ci ildə başlayan Yuqoslaviya müharibələri əvvəlcə komandanın, daha sonra isə Yuqoslaviya dövlətinin dağılmasına səbəb oldu.[2]
İstinadlar
- "FLYING STARS". yumodelclub.tripod.com. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
- Bulgaria, DualM studio-dualm dot com- web site design development, Veliko Turnovo. "Flying Stars". https://aerobaticteams.net/ (ingilis). 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.