Tsipi Livni

Tsipora Malka "Tsipi" Livni (8 iyul 1958[1][2][…], Tel-Əviv[2]) – İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən. Kadima partiyasının lideri, keçmiş ədliyyə naziri.

Tsipi Livni
ivr. ציפי לבני
İsrailin kənd təsərrüfatı və kənd inkişafı naziri[d]
17 dekabr 2002 28 fevral 2003
Knesset üzvü[d]
7 iyun 1999 17 fevral 2003
İsrailin xarici işlər naziri[d]
18 yanvar 2006 1 aprel 2009
ƏvvəlkiSilvan Şalom
SonrakıAviqdor Liberman
Knesset üzvü[d]
17 fevral 2003 23 noyabr 2005
Knesset üzvü[d]
23 noyabr 2005 17 aprel 2006
Knesset üzvü[d]
17 aprel 2006 24 fevral 2009
Knesset üzvü[d]
24 fevral 2009 3 may 2012
Knesset üzvü[d]
5 fevral 2013 31 mart 2015
Knesset üzvü[d]
31 mart 2015 1 yanvar 2019
Knesset üzvü[d]
1 yanvar 2019 30 aprel 2019
Şəxsi məlumatlar
Doğum tarixi 8 iyul 1958(1958-07-08)[1][2][…] (65 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, diplomat, advokat, baş icraçı direktor, casus, beynəlxalq forum iştirakçısı[d]
Dini İudaizm
Hərbi xidmət
Qoşun növü İsrail Silahlı Qüvvələri
Rütbəsi Baş leytenant

İmzanın şəkli
tzipilivni.co.il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ali təhsilini bitirdikdən sonra Avropada qalmağa qərar verən Livni orada müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişdir. Onun Avropada qaldığı illərdə İsrail kəşfiyyat xidməti Mossadın üzvü olduğu və Avropada yaşayan bir çox fələstinli siyasətçiyə qarşı törədilən sui-qəsdlərdə iştirak etdiyi məlumdur. İsrail ordusunda xidmət edən Livni daha sonra İsrail kəşfiyyat xidməti Mossadda dörd il işləyib.

Əslən polyak olan Eytan Livni İsrailin Fələstin yaşayış məskənlərinin zorla boşaldılması zamanı törətdiyi terror hadisələri ilə ad çıxaran İrgun təşkilatının şefi olub. 1931-ci ildə Qüdsdə fəaliyyət göstərən yəhudi terror təşkilatı Haganahdan ayrılan Avraam Tehomi və dostları tərəfindən yaradılan İrgun müdafiə doktrinası əvəzinə hücum doktrinasını mənimsəyən və başda Der Yasir qətliamı olmaqla onlarla ərəb qətliamına imzasını atan təşkilatdır.

Tzipinin hər iki valideyni Fələstində ingilis diplomatlara hücumda iştirakdan dolayı həbs edilmişdi. Daha sonra atası həbsdən qaçmış, aradan bir müddət keçdikdən sonra isə Likud partiyasından Knessetə seçilmişdi. Anası isə özünü hamilə qadın kimi qələmə verərək ingilis işçilərinə maaş daşıyan qatarın soyulmasında iştirak etmişdi. Eytan Livninin məzar daşında: "Burada İrgun əməliyyatlarının şefi uyuyur" sözləri yazılıb. Avropadakı "fəaliyyətindən" sonra Mossaddan istefa edərək, İsrailə qayıdan Livni Ədliyyə Nazirliyində fəaliyyətə başlayır. O, bir müddət sonra İsrailin keçmiş baş naziri Ariel Şaronun istəyi ilə siyasi arenaya gəlir.

Siyasi fəaliyyəti

2006-cı ilin martında Knessetə keçirilən seçkilərdən sonra Livni İsrailin ən nüfuzlu ikinci siyasətçisi kimi təqdim olunurdu. O, Qolda Meyerdən sonra İsraildə Xarici İşlər naziri postuna yiyələnən ikinci qadın siyasətçidir. 2007-ci ildə Tzipi Livni Taym jurnalının tərtib etdiyi dünyanın 100 ən nüfuzlu şəxsi arasına daxil edilmişdi.

Artıq Ehud Olmertin sentyabr ayında baş nazir postundan istefa edəcəyini açıqlamasından sonra nəzərlər iqtidarın böyük ortağı Kadima partiyasına çevrilib. Hazırda Kadima partiyasının lideri olmaq uğrunda bir çox siyasətçinin yarışdığı məlumdur. Ancaq siyasi analitiklər Tzipi Livninin Olmertin yerinə gələ biləcəyini proqnozlaşdırırlar. Analitiklərin fikrincə Livninin bu post uğrunda əsas rəqibi Şaul Mofazdır[3].

Evlidir, iki övladı var.

Təl-Əvivdə yaşayır, vegetariandır.

Mənbə

  1. Knesset. 1949.
  2. חה"כ ציפי לבני. Knesset.
  3. "Tzipi Livni kimdir?". 2010-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.