Tyga
Michael Ray Nguyen Stevenson, (d. 19 noyabr 1989, Qardina, Kaliforniya), daha çox səhnə adı Tyga (Thank you God always, mənası – Hər zaman təşəkkür edirəm sənə, Tanrı) olaraq tanınmış amerikalı reper ilk dəfə Travis Mccoy ilə əməkdaşlığın məhsulu olan “Coconut Juice” adlı sinqlı ilə tanındı.
Tyga | |
---|---|
ing. Tyga | |
Ümumi məlumatlar | |
Doğum adı | Micheal Ray Stevenson[1] |
Ləqəbləri | Tyga, T-Raww |
Doğum tarixi | 19 noyabr 1989 (34 yaş) |
Doğum yeri | Qardina, Kaliforniya, ABŞ |
Vətəndaşlığı | |
Uşağı | 1 |
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı müəllifi[d], aktyor, televiziya ulduzu[d], musiqiçi |
Fəaliyyət illəri | 2004-cü ildən |
Janrlar | hip-hop[d], pop rep[d], Qərb Sahili hip-hopu[d], pop musiqisi, trep |
Albom şirkətləri | Def Jam Recordings[d], GOOD Music[d], Empire Distribution[d], Columbia Records[2] |
tygamusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və Yaradıcılığı
Tyga, 2008-ci ildə “No Introduction” adlı ilk albomunu yayımladı və bu albomda olan sinqllardan biri, “The Diamond Life” məşhur “Need for Speed: Undercover” video oyununda əsas fon musiqisi olaraq yer aldı. Eyni zamanda bu sinqldan (“The Diamond Life”) “Fight Without Rules” bədii filmində də saundtrek olaraq istifadə edilmişdir.
Amerikalı reper sinqllarla bərabər Kris Braun, Lil Wayne, Kevin McCall, Bow Wow kimi digər məşhur hip-hop artistlərinin qonaq sənətçi olduqları miksteyplər də yayınlayıb. Adı çəkilmiş sənətçilərlə əməkdaşlığın nəticəsi olan “G-Shit”, “Holla At Me”, “No Bullshit”, və “Deuces” miksteyplərinin hər birinə klip çəkildi. Hətta, “Deuces” 53-cü Grammy mükafatlandırma mərasimində hip-hop janrının ən yaxşı rep sinql namizədləri arasında olmuşdur.
21 fevral 2012-ci ildə Tyga özünün “Careless World: Rise of The Last King” adlı ikinci studiya albomunu yayımladı. Vaxtilə trend sinqllar hesab olunan “Far Away”, “Still Got It”, “Rack City” bu albomda yer almışdır.
9 oktyabr 2012-ci ildə baş tutmuş American Music mükafatlandırma mərasimində Tyga, rəqibləri Drake və Nicki Minaj ilə birlikdə ən yaxshi hip-hop sənətçisi namizədləri arasında olub.
Amerikalı reper konsertlərindən birində “Careless World: Rise of The Last King” adlı 2ci studiya albomundan sonra “Hotel California” adlı 3-cü albom üzərində işlədiyini bildirib. Sözügedən növbəti albom 9 aprel 2013-cü ildə yayımlandı və bundan düz bir il sonra 24 iyun 2015-ci ildə 4-cü “The Gold Album” albomunu ərsəyə gətirdi.
Hip-hop sənətçisi olmaqla bərabər, eyni zamanda, “Rack City” adlı pornoqrafik filmin prodüseri olan sənətçinin 2018-ci ildə yayımladığı sinqllarından biri olan “Taste” “Youtube” platformasında 460 milyondan çox baxış sayı əldə etmişdir.