Tuzxurmatu qəzası

Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhəridir.

Tuzxurmatu qəzası
34°50′29″ şm. e. 44°37′53″ ş. u.
Ölkə
Tuzxurmatu qəzası xəritədə
Tuzxurmatu qəzası
Tuzxurmatu qəzası

Ərazisi

2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.316 km² ərazini əhatə edir.[1][2]

İnzibati-ərazi bölgüsü

İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tuzxurmatu nahiyyəsi (ərəbcə: ناحية طوز خور ماتو)[3], Əmirli nahiyyəsi (ərəbcə: ناحية آمرلي) və Süleymanbəy nahiyyəsi (ərəbcə: ناحية سليمان بيك).

Əhalisi

İnzibati
vahid
Ərazi 2003-ci il 2007-ci il
Ümumi  % Ümumi  %
Səlahəddin mühafazası 24 075[1] km² 942 314[2] 100.00 1 191 403[4] 100.00
Tuzxurmatu qəzası 2 316[1] km² 153 391[2] 16.28 160 690[4] 13.49

Etnik tərkibi

OŞSAM[5]-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən bütün Səlahəddin mühafazsında təxminən 1.200.000 nəfər, Tuzxurmatu qəzasında isə təxminən 190.000 nəfər əhali yaşayır.[6] Tuzxurmatu şəhəri və qəzadakı digər yaşayış məntəqələrində yaşayanlar da daxil olmaqla bütün qəzada toplam təxminən 75.000 etnik türkman məskunlaşmışdır.[6] Ancaq bundan əlavə də qeyd etmək lazımdır ki, qəzada yaşayan, özünü ərəb hesab edən çox sayda insan kökən olaraq türkmandırlar.[6] Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərində yaşayan türkmanların əksəriyyəti şiə, az qismi sünnidir, əksinə kəndlərdə yaşayanların isə çoxu sünni, az hissəi isə şiə müsəlmanlardır.[6] Qəzanın türkman əhalisi əsasən qədim Bayat boyundan törəmişdir.

Ən böyük yaşayış məntəqələri

İstinadlar

  1. "الوحدات الإدارية ومساحتها كما في 2009". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
  2. Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
  3. مركز قضاء طوز خورماتو
  4. ORSAM Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine (Ortadoğu Stratejik Araştırmalar Merkezi): Joint Analysis Unit (JAU): Salah al-Din Governorate Profile Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine – July 2009
  5. Orta Şərq Strateji Araşdırmalar Mərkəzi (türkcə: Ortadoğu Stratejik Araştırmalar Merkezi Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine)
  6. ORSAM Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine (Ortadoğu Stratejik Araştırmalar Merkezi) Rapor No: 6, ORSAM-Ortadoğu Türkmenleri Programı Arxivləşdirilib 2018-02-22 at the Wayback Machine Rapor No: 2—Tuzhurmatu Türkmenleri: Bir başarı hikayesi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Kasım 2009, sayfa 5-7.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.