Tuymazı rayonu
Tuymazı rayonu (başq. Туймазы районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Tuymazı şəhəridir. Tuymazı rayonu Buqulma-Bələbəy dağının mərkəzində, Başqırdıstanın "qərb qapısı" adlanan bölgədə yerləşir. Respublikanın Şaran, Buzdək, Bələbəy və Yermekeyevo rayonları ilə, qərbdə Tatarıstan Respublikası ilə həmsərhəddir. Ufaya olan məsafə 176 km-dir.
Tuymazı rayonu | |||||
---|---|---|---|---|---|
Туймазы районы | |||||
|
|||||
54°36′00″ şm. e. 53°42′00″ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Tuymazı | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34782 | ||||
Poçt indeksi | 4527ХХ | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun sahəsi 240 min hektardır (respublikanın rayonları arasında 21 yeri tutur).
Coğrafiyası
Rayon Başqırdıstanın qərbində yerləşir. Qərbdə Oktyabrski şəhər dairəsi və Tatarıstan Respublikası ilə həmsərhəddir. Rayon 1930-cu ildə təsis edilmişdir. Rayon Buqulma-Bələbəy dağının mərkəzi hissəsini tutur. Burada neft, qum daşları, gips, kərpic xammalı, aqronom filizləri aşkar edilmişdir. İk çayı rayonun qərb hissəsində, Kidaş çayı cənub hissəsində, Usen çayı mərkəzi və şimal-qərb hissəsində axır. Ərazi isti, quraq aqroiqlim bölgəsinə daxildir. Usen çayının aşağı axınları boyu ərazilər Ural çöllərinə tipik olan qara torpaqlara sahibdir. Meşələr 75,276 ha, əkin sahələri 76,631 ha, biçənəklər 15.415 ha, otlaqlar - 40.876 ha ərazini tutur.
Əhalisi
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[3]:
2024 - 135,99 min nəfər.
2035 - 138,58 min nəfər.
- Urbanizasiya
Rayon halisi 132 mindən çoxdur. Bunun 68 mindən çoxu Tuymazi şəhərində, 64 min nəfər isə kənd yerlərində yaşayır (respublikanın rayonları arasında əhalinin sayına görə 1 yer və şəhərlər daxil olmaqla isə 4 yeri tutur), əhalinin sıxlığı - 55, 1 nəfər/km² təşkil edir
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: tatarlar - 38,5 %, başqırdlar - 33,7 %, ruslar - 22,8 %, çuvaşlar - 1,5 %, maerilər — 1,4 %, digər millətlərdən olanlar - 2,1 %[4].
Yerli özünü idarəetmə
Nuriman rayonu ərazisinə 1 şəhər və 18 kənd inzibati vahidliyinə ümumilikdə 114 yaşayış məntəqəsi daxildir[5][6].
KİV
Rayonda «Tuymazinski vestnik» adlı rus və tatar dillərində qəzet nəşr olunur.
Həftədə üç dəfə "Tuymazı" televiziya şirkəti rus dilində "Obyektiv" informasiya və xəbər proqramını yayımlayır.
İstinadlar
- http://www.gks.ru/dbscripts/munst/munst80/DBInet.cgi?pl=8006001.
- Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
- "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-24.
- "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
- "Закон Республики Башкортостан от 20.04.2005 № 178-з (ред. от 01.06.2015) «Об административно-территориальном устройстве Республики Башкортостан»". 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
- "Постановление Правительства Республики Башкортостан от 29.12.2006 № 391 (ред. от 09.02.2015) «Об утверждении реестра административно-территориальных единиц и населённых пунктов Республики Башкортостан»". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.