Tuvalar
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır.
Tuvalar
Тывалар, Tıvalar | |
---|---|
Cəmi say | 264,400[1] |
Əhəmiyyətli sayda yaşadığı bölgələr | Rusiya, Monqolustan, Çin |
Dil | Tıva dili |
Din | Buddizm |
Yaxın etnik qruplar | Tofalar, Altaylılar (Tubalar), Xakaslar |
Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Qaynaq
- "Ethnologue: Languages of the World : Tuva". 2010-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.