Turquerie
Turquerie ya da Türk heyranlığı (Türkcə oxunuşu: Türköri), XVI əsrdən XVIII əsrə qədər Türk incəsənət və mədəniyyətindən təsirlənən qərbi Avropalılar (özəlliklə Fransızlar) tərəfindən bu incəsənət və mədəniyyətin təqlid edildiyi dəb axınıdır. Birçox Qərbi Avropa ölkəsi Osmanlı İmperiyasının mərkəzi olan Türkiyənin eqzotik ve nisbətən bilinməyən bu mədəniyyətindən heyrətləmmişdir. Qərb, Türk istehsalı olan məhsullara, incəsənət, musiqisinə və vizual incəsənət, arxitekturasına böyüyən bir maraq göstərməyə başlamışdır. Bu dəb fenomen, Osmanlı ve Avropa dövlətləri arasındaki Ticarət ve diplomatik əlaqələr artdıqca daha məşhur olmağa başlamışdır (xüsusilə Fransız-Osmanlı müttəfiqliyi). Elçilər və Tacirlər tez-tez evlərinə eqzotik yerlərin ve yaşadıqları macəraların hekayələriylə gəlirdilər.[1]
Turquerie axını Avropada o günlərin müxtəlif gözəl incəsənətlərində və hətta günlük sənətdə yansıdılmışdır. Bu incəsənətlərin başında rəssamlıq, musiqi ve memarlıq gəlməkdədir. Bu axın xüsusiylə yüksək hətta orta təbəqəni hədəfləyən incəsənət əsərlərində ve günlük istifadə edilən alət bəslənməsində Osmanlı ve Türk üslubu ve metodları istifadəsinə səbəb olmuşdur. Rəsm sənətində bu axına daxil olan əsərlər, guya Osmanlı incəsənətini ve zövqlərini yansıtan çox parlaq rənglər və dəqiq ziddiyyətlər ve eqzotik və Avropalılara əcibə gələn mövzular işlənmişdir.[2]
Ziya Gökalp Türkçülüyün Əsasları adlı əsərinin ilk hissəsində Əhməd Vəfik paşa və Süleyman Hüsnü Paşa kimi elmi türkçülərə keçmədən öncə türkçlüyün doğuşunda Avropada ortaya çıxan Turqerie ve Türkiyat çalışmalarının təsirli olduğunu deməkdədir.[1]
İstinadlar
- Gökalp, Ziya (Mart 2003). "Türkçülüğün Esasları". İstanbul: Kumsaati Yayıncılık. s. 9.
- Metropolitan Museum of Art (1968). "Turquerie". The Metropolitan Museum of Art Bulletin. New Series. Cilt 26 (5) sayfa: 225–239.
Mənbə
- Bu məqalə qismən İngiliscə Vikipediyadakı p:Turquerie məqaləsindən istifadə edilərək yazılıb. Online: