Turkana gölü
Turkana və Rudolf gölü — Keniya və Efiopiyanın ərazisinə daxil olan göl. Göl Efiyopiyanın cənubunda yerləşir.
Turkana gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 360,4 m |
Eni | 32 km |
Uzunluğu | 290 km |
Sahil uzunluğu | 1044 km |
Sahəsi | 6405 km² |
Həcmi | 203,6 km³ |
Su tutumu | 130 860 km² |
Dərin yeri | 109 m |
Orta dərinliyi | 30,2 m |
Axan çay | Omo çayı |
Yerləşməsi | |
4°03′ şm. e. 36°01′ ş. u. | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 801 ing. • rus. • fr. |
Coğrafiya
Böyük Rift dərəsi üzərində yerləşir. Göldə üç vulkanik ada vardır: Cənub adası, Kronkodayl-Aylend, Şimal adası. Cənub sahilində Teleki vulkanı yerləşir. Gölə çoxlu sayda çay tökülsədə ən irisi Omodur. Ono mənsəbə beş kilometr qalmış delta əmələ gətirir. Gölün özündən isə çay başlamır.
Tarixi
Göl ilk dəfə 1888 ildə macar səyahətçi qraf Samuel Teleki və Lyudvik fon Honsel tərəfinfən kəşf edilmişdir. Onlar gölə Avstriya şahzadəsi Rudolfun adını verirlər.[1] 1970-ci ildə isə gölün adı yerli dildə Turkana adlandırılmışdır. Bununla belə bir çox xəritələrdə hələ də Rudolf olaraq göstərilir. Sahillərində çoxlu tarixi tapıntılar aşkarlanır.
Təbiəti
Göl özünün Timsahları ilə seçilir. Burada təqribi 12 000 baş timsah vardır. Hətta bəzi fərdlərin uzunluğu 5,5 m çatır.
Cənub adası
Cənub adası gölün ən iri adasıdır. Digər iki ada kimi çat üzərində mövcud vulkanların püskürməsi nəticəsində əmələ gəlmişdir. Adada bir keçə krater vardır. Corc və Con Adamsın 1955-ci ildə ki, müşahidələri adanın digər yaxın bölgələrdən kəskin şəkildə kasıb olduğunu göstərir. Ayrı-ayrı ərazilərdə Boswellia sacralara rast gəlinir. Burada quş, yarasa və ilanlara rast gəlmək olar. Sahillərində timsah populyasiyası mövcuddur[2]. Hazırda ada ərazisi Cənub adası Milli Parkına daxildir.
Arxeologiya və paleontropologiya
Bir necə milyon il öncə gölün ərazisi olduqca əlverişli olmuşdur. Göl indikindən daha çox sahəni əhatə edirdi. Sahillərində sahillərində Begemot, Zürafə, Fil, Donuz və Antilopkimi heyvanlar otlayırdı[3].
Sahillərində çoxlu sayda paleoantoloji tapıntılar aşkarlanmışdır. Şərq sahilində Koobi Fora və İlleret[4], şimalında Omo çayı, cənub-qərbində Lotaqan və Kanapoi düşərgələri vardır.
Burada tapılan ən məşhur tapıntı Riçard Likinin 1972-ci ildə aşkarladığı Homo habilis olmuşdur. Bu tapıntı KNM-ER 1470 adı ilə bilinir və yaşı 2 - 1,4 milyon olaraq qiymətləndirilir. . 1984 ildə Riçard Liki uşağın bütün skeletini aşkarlayır. Bu tapıntı Türkanalı oğlan olaraq Homo erectus və ya Homo ergaster növü kimi göstərilir. Yaşı 1,6 milyondur.
1994 ildə Miv Liki Kanapoidə 20 başdan ibarət Australopithecus anamensis aşkarlayır. Yaşları 3,9 - 4,2 milyon il olaraq qiymətləndirilir.
Lomekvi 3 arxeoloji düşərgəsində daş əlatlər tapılmışdır. Bu tapıntıların yaşı 3,3 milyon il olaraq qiymətləndirilir. Bu isə Efiofiya ərazisindəki Qona düşərhəsində aşkarlanan tapıntılardan 700 min il yaşlıdır[5].
İstinadlar
- "Rudolf". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
- Adamson Coy. Mənim rahatsız həyatım. — М.: Proqress, 1981 il. səh. səh. 153—162
- Cohanson D., İdi М. Lyusi: İnsan cinsinin axını. — М.: Dünya, 1984. səh. 80-84
- BBC News, 26 February 2009: Earliest 'human footprints' found Arxivləşdirilib 2015-07-23 at the Wayback Machine
- "World's oldest stone tools discovered in Kenya". 2016-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.