Turin çar papirusu

Turin çar papirusu (Papyrus royal de Turin) uzunluğu 170 sm olan, günümüzə 160 fraqmentə parçalanmış şəkildə gəlib çıxmış, üzərində Qədim Misirin mifik və tarixi çarlarının siyahısı həkk olunmuş papirus əlyazma Turin çar papirusuhda ilk on beş sülalə fironlarının adları, hökmranlıq müddətinin ili, ayı və günü, hər bir sülalənin yekun hökmranlıq müddəti göstərilmişdir. Turin çar papirusundakı siyahı tanrı sülalələri ilə başlanır. Siyahının ilk hissəsində Ptahla başlanan Memfis tanrıları, ikinci hissədə Amonla başlanan Fiv tanrıları, üçüncü hissədə tanrı xarakterli ilahi heyvanlar (Anubis, İbis, Apis, Mnevis və s.) yer alırlar. Papirusun yazılma (yaranma) tarixi mübahisəlidir. Əlyazmada dövri olaraq XX sülalə fironu III Ramzesin adının xatırlanması onun qədim nüsxədən köçürülmə olmasına bir növ işarədir. Papirus Manefon çar siyahısı ilə tutuşdurulduqda onların hər ikisinin eyni mənbədən yarandığını demək olar. Turin çar papirusunda Misir fironları ilə yanaşı hiksos hökmdarlarının və digər az tanınan çarların adları da göstərilmişdir. Papirus Liksorda 1820 ci ildə Misirdə Fransanın baş konsulu vəzifəsini tutarkən Bernardino Drovetti tərəfindən aşkarlanmış və onu 1824 cü ildə Turin Misir muzeyinə satmışdır. Italiyaya gətirilərkən papirus ovxalanaraq kiçik fraqmentlərə parçalanmış olur. Onu ilk dəfə yığmaq dahi Şampoleona nəsib olmuşdur. Sonra bu işi Qustav Zeyfart davam etdirmişdir.

2009 cu ildə Turin muzeyının ehtiyat anbarında papirisun bir neçə əvvəllər məlum olmayan fraqmentləri aşkar edilmişdir. Arxivləşdirilib 2012-02-23 at the Wayback Machine

Turin çar papirusunda hökmdarların siyahısı

Mənbələr

  • Alan Gardiner, editor. Royal Canon of Turin. Griffith Institute, 1959. (Reprint 1988. ISBN 0-900416-48-3)
  • K.S.B Ryholt, The Political Situation in Egypt during the Second Intermediate Period. Carsten Niebuhr Institute Publications, vol. 20. Copenhagen: Museum Tusculanum Press, 1997. ISBN 87-7289-421-0.
  • George Adam Smith, "Chaldean Account of Genesis" (Whittingham & Wilkins, London, 1872) (Reprint 2005. Adamant Media Corporation, ISBN 1-4021-8590-1) p290 Contains a different translation of the Turin Papyrus in a chart about "dynasty of gods".
  • Генрих Бругш. Всё о Египте.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.