Turbyorn Yaqland
Turbyorn Yaqland (norv. Thorbjørn Jagland; doğum adı norv. Thorbjørn Johansen; 5 noyabr 1950[1][2][…], Drammen, Norveç[1]) — Norveç dövlət və siyasi xadimi, 1 oktyabr 2009-cu ildən Avropa Şurasının baş katibi, 1 yanvar 2009-cu ildən Norveç Nobel Komitəsinin sədri, 1996–1997-ci illərdə Norveçin baş naziri, 2005–2009-cu illərdə Norveç parlamenti — Stortinqin sədri, sosialist.
Turbyorn Yaqland | |
---|---|
norv. Thorbjørn Jagland | |
| |
partiya rəhbəri[d] (Norveç Fəhlə Partiyası) | |
1992 – 2002 | |
Əvvəlki | Qro Harlem Brundtland |
Sonrakı | Yens Stoltenberq |
Şəxsi məlumatlar | |
Doğum adı | Thorbjørn Johansen |
Doğum tarixi | 5 noyabr 1950[1][2][…] (73 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi, beynəlxalq forum iştirakçısı[d] |
Dini | Lüteranlıq |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Turbyorn Yaqland 1950-ci il noyabrın 5-də Drammend anadan olub. Siyasi karyerası dövründə müxtəlif postlarda çalışan Yaqland 1996–1997-ci illərdə Norveç hökumətinə rəhbərlik edib. Yens Stoltenberq hökumətində 2000–2001-ci illərdə xarici işlər naziri vəzifəsini tutan Turbyorn Yaqland 2005–2009-cu illərdə parlamentin sədri olub. 1992–2002-ci illərdə Norveç Fəhlə Partiyasına sədrlik edən Yaqland ölkənin Avropa İttifaqına qoşulmasının aktiv tərəfdarlarından hesab olunur. O həmçinin Norveç Nobel Komitəsinin sədridir. 29 sentyabr 2009-cu ildə Avropa Şurasının baş katibi seçilib.
İki övladı var.
İstinadlar
Xarici keçidlər
- Avropa Şurasına yeni baş katib seçilib Arxivləşdirilib 2009-10-05 at the Wayback Machine