Turan ovalığı

Turan ovalığı və ya Turan düzənliyiMərkəzi AsiyanınCənubi Qazaxıstanın düzənlik hissəsidir.

Ümumi informasiya

Turan ovalığı Qazaxıstanın, Özbəkistanın(şimal sərhədlərində) və Türkmənistanın ərazisində yerləşmişdir. Düzənliyinin uzunluğu təxminən 2000 km-dir. Turan ovalığı Qərbi Sibir ovalığı ilə Turqay dərəsi ilə birləşir. Qazaxıstanın daxilində Sırdərya çayı Turan ovalığını iki hissəyə bölür. Ovalığın çox hissəsi Qaraqum Qızılqum, Muyunkum və başqa səhralarla əhatə olunur; bu yerdə hündürlük 922 metrə qədər təşkil edir.

Süni suvarma şəraitində əkinçilik inkişaf etmişdir; həmçinin ovalıqdan otlaq kimi istifadə olunur. Nefttəbii qaz (Mangistau neft-qaz rayonu) yataqları tapılmışdır.

Kəskin kontinental, yarımsəhra quru-çöl iqliminə malikdir. Cənub hissəsi subtropik iqlimdir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.