Tur de Frans

Tur de Frans (fr. Tour de France) — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması.

Yarışmanın prinsipləri

Yelisey çöllərində velosipedçilər

Tur de Frans 21 mərhələdən ibarətdir:

  • Hər mərhələ bir gün davam edir.
  • Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun.

Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir).

Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir.

Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur.

Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur:

  • ən yaxşı sprinter;
  • ən yaxşı dağlıq ərazi yarışçısı;
  • ən yaxşı gənc yarışçı.

Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər.

Köynəklər

Sarı köynək Le maillot jaune

Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir. Bu köynək digərləri ilə müqayisədə daha prestijli sayılır. Əvvəllər sarı səhifələri olan və yarışa sponsorluq edən qəzet liderin köynəyinə tikilirmiş. Sarı köynək geyinmək ənənəsi də o vaxtdan qalmışdır.

Yaşıl köynək Le maillot vert

Sprinter hesabında lider olan velosipedçi yaşıl köynək geyinir. Ənənə 1953-cü ildən mövcuddur.

Noxudlu ağ köynək Le maillot à pois rouges

Qırmızı noxudlu ağ köynəyi ən yaxşı dağ velosipedçisi geyinir. Köynək fransızca à maillot pois rouges adlanır ki, bunun da hərfi tərcüməsi "qırmızı noxudlu köynək"dir.

Ağ köynək Le maillot blanc

Yarışın ən yaxşı gənc yarışçısı ağ köynək geyinir. Bu köynəyi geyinən velosipedçinin yarış keçirilən ilin 1 yanvarına qədər yaşı 25-dən az olmalıdır. Ənənə 1975-ci ildən mövcuddur.

Ən aqressiv yarışçı Prix de la combativité

Hər mərhələnin nəticəsinə görə ən aqressiv (döyüşkən, mübariz) velosipedçiyə növbəti gün qırmızı fonda yazılmış xüsusi ağ nömrə verilir. Ən vacib meyarlardan biri: hücum stili nümayiş etdirmək, davamlı həmlələr etmək sayılır. Ən aqressiv velosipedçini mütəxəssislər qrupu müəyyənləşdirir.

Direktorlar

İllər Direktor
1903 — 1939 Anri Deqranj
1947 — 1961 Jak Qodde
1962 — 1986 Jak QoddeFeliks Levitan
1987 Jan-Fransua Nake-Radiqe
1988 Jan-Pyer Kurkol
1989 — 27 oktyabr 2005 Jan-Mari Leblan
27 oktyabr 2005 — indiyə qədər Kristian Pryudomm

Xarici keçidlər

Həmiçin baxın

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.