Turşsu (Gədəbəy)
Turşsu (əvvəlki adı: Kilsəli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi Turşsu kəndi adlandırılmışdır.[1]
Turşsu | |
---|---|
40°42′ şm. e. 45°28′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Kəndin keçmiş adı Kilsəli olmuşdur. Yaşayış məntəqəsi Çay Rəsullu kəndindən ayrılmış alqulular, məşədiismayıllı, oruclu nəsillərinin köhnə kilsənin ətrafında məskunlaşması nəticəsində yaranmış və Kilsəli adlandırılmışdı.[2]
Coğrafiyası və iqlimi
Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 278 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- Turşsu (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.