Turşsu (Şuşa)
Turşsu — Azərbaycan Respublikasının Şuşa rayonunun Turşsu kənd inzibati-ərazi dairəsində qəsəbə. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Turşsu qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[2] 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Turşsu qəsəbəsinə nəzarəti ələ keçirib.[3]
Turşsu | |
---|---|
39°41′08″ şm. e. 46°39′07″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Şuşa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.900 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
Qəsəbənin adı yaxınlığındakı Turşsu bulağının adından götürülüb.
Tarixi
Qəsəbə Zarıslı çayı dərəsindədir. 1972-ci ilədək Lisoqorsk sovxozu yanında qəsəbə adlanırdı. Lisoqorsk (Keçaldağ toponiminin ruscaya kalkasıdır) çarizmin milli ucqarlara köçürmə siyasəti nəticəsində XX əsrin əvvəllərində rus kəndliləri salmişdilar. Qəsəbənin ərazisi keçmişdə Nəcəfqulu ağa adlı bir şəxsin yaylaq yeri olmuşdur. Yaşayış məntəqəsinə ad burada mövcud olan mineral su bulaqlarına görə verilmişdir.[4]
XX əsrin əvvəllərində ruslar tərəfindən məskunlaşan Yelizavetpol quberniyasının Şuşa qəzasının Lısoqor (rus. Лысогоръ, tərcüməsi: Keçəl dağ) kəndi kimi əsası qoyulmuşdur[5]. Qafqaz təqviminin məlumatına əsasən 1914-cü ildə kənddə 36 nəfər, əsasən ruslar yaşamışdır[6].
Turşsu qəsəbəsi Qarabağ müharibəsi başlayandan döyüş zonasına çevrilib. Ermənilər kəndə bir neçə dəfə hücum etsələr də, kəndi tuta bilməyiblər. 1992-ci ilin mayın 15-də Azərbaycan ordusunun bölmələrinə qəsəbəni tərk etmək əmr edilib. Nəticədə ermənilər qəsəbəni döyüşsüz işğal ediblər.
İstinadlar
- http://census.stat-nkr.am/arm/shushi/1-1.pdf.
- Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
- Anspress.com. "31 ildən sonra Şuşanın Turşsu kəndində VİDEO" (az.). Anspress.com. 02.10.2023. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2023.
- Turşsu (Şuşa) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- L. Q. Quliyeva, F. A. Məmmədbəyli, E. A. Heydərova, Q. O. Kərimova. Словарь русского островного говора Азербайджана (II). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2006.
- Кавказскиій календарь на 1915 год. Tiflis: Типография канцелярии Наместника Е. И. В. на Кавказе. 1914. 153.