Tuqurski yarımadası
Tuqurski yarımadası — Oxot dənizinin qərbində, Xabarovsk diyarı ərazisində yerləşən yarımada. Turuq körfəzi (qərb) ilə Ulbanski və Akademi körfəzlərini ayırır. Şərqində Kostantin körfəzi, cənubunda Kruqlaya, şimalında Anqandya buxtası yerləşir. Ərazisində yerləşən burunlar: Lindholm, Otvesnı, İnqakan, Borinkaqan, Ukurunu, Zarjeskoqo, qrantni və s. Ərazisindən axan çaylar: Elqande, Bıranca və Ukurunu[1][2][3]. Ərazisi tayqa ilə örtülüdür. Ətrafında dərinlik 30 metrdir. Şantar adalarından Lindholm boğazı ilə ayrılır. Vaxtı ilə burada Pereşeek adlı yamayış məntəqəsi olmuşdur.
Tuqurski yarımadası | |
---|---|
Yerləşməsi | |
53°49′40″ şm. e. 137°24′21″ ş. u. | |
Akvatoriya | Şantar dənizi |
Ölkə | Rusiya |
|
İstinadlar
- "Topoqrafik xəritə N-53 — 1 : 1 000 000". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31.
- "Topoqrafik xəritə N-53-Б — 1 : 500 000". 2019-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31.
- "Topoqrafik xəritə N-53-XXIV — 1 : 200 000". 2019-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.