Tupolev Tu-160

Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerikan istehsalı Rockwell B-1 Lancerə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Sovet İttifaqında 1987-ci ildə xidmətə alınmış və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrində ən azı 16 ədədi də xidmət göstərir. Rusiya 2016-ci ildə Tu-160 istehsalına yenidən başlamağı düşünür. 14 ədəd əlavə təyyarə istehsal etmək planlaşdırılır.

Tu-160
Tipi Strateji bombardmançı təyyarə
Hazırlayan Tupolev
İstehsalçı SSRİ / Rusiya Tupolev
Baş konstruktor Valentin Bliznuk
Dizayner Tupolev
İlk uçuş 18 dekabr 1981
İstismara verilmə tarixi 23 aprel 1987
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
Buraxılış sayı 35 (27-si seriyalı istehsal, 8-i prototip)
Vahidinin qiyməti 250 milyon USD (1993-cü ildə)[1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstifadəçilər

Rusiya Rusiya

  • Rusiya Hərbi Hava Qüvvələri: 2008-ci ilin aprel ayına olan məlumata əsasən 16 ədəd (12-si döyüş, 4-ü təlim məqsədilə) Tu-160 istifadə olunurdu.[3] 2015-ci ildə döyüşə hazır vəziyyətdə olan bu bombardmançıların sayı 11 olmuşdur.[4][5] 2017-ci ildə Rusiya Federasiyası Ordu Generalı Yuri Borisovun dediyinə görə hazırda döyüşə hazır vəziyyətdə olan Tu-160 döyüş təyyarələrinin sayı 16 ədəddir və bu təyyarələrin modernizasiya olunması planlaşdırılır.[6]

Keçmiş istifadəçilər

Ukrayna Ukrayna

SSRİ SSRİ

  • Sovet Hərbi Hava Qüvvələri: 1991-ci ildə RusiyaUkraynaya təhvil verilib.

Xüsusiyyətləri

Tu-160-ın proyeksiyası
Tu-160-ın proyeksiyası

Ümumi göstəriciləri

  • Ekipaj: 4 (pilot, co-pilot, bombardmançı, müdafiə sistemi üzrə zabit)
  • Uzunluq: 54.1 metr
  • Yüksəklik: 13.10 metr
  • Qanad açıqlığı: 35.60 metr
  • Boş çəki: 110,000 kq
  • Maksimum qalxma ağırlığı: 275,000 kq
  • Mühərrik: 4 Samara/trud NK-321 turbofan
  • Uçuş məsafəsi: 15,000 km

Uçuş göstəriciləri

  • Maksimum sürət: 2.05 mach (2,200 km/s)
  • Xidmət tavanı: 14,700 metr
  • Döyüş radiusu: 7,300 km
  • Yüksəkliyə qalxma sürəti: 70 m/s
  • Qanad yüklənməsi: 742 kq/m²
  • Çəkmə gücü/çəki: 0.37

Həmçinin bax

İstinadlar

  1. "В Саратовской области разбился стратегический бомбардировщик Ту-160". NEWSru. 18 sentyabr 2003. 2009-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
  2. "929 ГЛИЦ МО". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
  3. "Ъ-Власть – Куда летит российская авиация" [Where are flying Russian aircraft]. kommersant.ru (Russian). 25 avqust 2008. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
  4. "Strategic aviation – Russian strategic nuclear forces". RussianForces.org. Russian Nuclear Forces Project. 8 yanvar 2015. 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
  5. Karnozov, Vladimir. "In focus: Russian's next-generation bomber takes shape." Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine Flight International, 15 oktyabr 2012.
  6. "Все бомбардировщики Ту-160 модернизируют". Rossiyskaya Gazeta. 28 aprel 2017. 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
  7. "Ukraine Bomber Decommissioning and Transfer Chronology" (PDF). Nuclear Threat Initiative. Aprel 2005. 2018-08-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 avqust 2017.
  8. "Long Range Aviation Museum". Tourism.Poltava.ua. Cooperative project of Fox Web Workshop and city executive committee Dept. of Culture and Tourism. 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
  9. "Музей дальней авиации, Полтава" [Museum of long-range aviation, Poltava] (Russian). 2012-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.