Tupolev Tu-154

Tupolev Tu-154 Rus istehsalı olan orta mənzilli üç mühərrikli sərnişin təyyarəsidir. Boeing 727-yə oxşar bir dizayna sahibdir. Rusiya, Şərqi Avropa, Kuba, Çexoslovakiya və daha çox ölkədə istifadə olunan Rusiyanın ən çox istehsal olunan sərnişin təyyarəsidir. İstehsal edilən sərnişin təyyarələrinin çoxu Aeroflotda (keçmiş SSRİ və indiki Rusiya Hava yolları) xidmət göstərdi. Hal hazırda 17 fərqli hava yolu şirkətində ildə təxminən 138 milyon sərnişin daşıyır. Təyyarənin dizaynı ona həm torpaq həm də buzlu zolaqlara enməyə imkan verir. Şimal qütbü kimi həddən artıq soyuq şəraitlərdən təsirlənmədən qalxış üçün gözləyə bilər. Tu 154 1 mach sürətə çata bilən ən sürətli sərnişin təyyarələrindən biridir.

Tupolev Tu-154
Hazırlayan Tupolev
İstehsalçı Tupolev
İlk uçuş 4 oktyabr 1968
İstismara verilmə tarixi 9 fevral 1972
İstismarçılar
Buraxılış sayı 1.026
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dizayn

Tu 154 Aeroflotda xidmət göstərən köhnə Tu 104 təyyrələrinin yerini doldurmaq üçün dizayn olunmuşdur. Aeroflot sovet təyyarə konsturktorlarından 16-18 ton yük daşıma qabiliyyətli, 2500–4000 km mənzil, operativ sürəti 900 km/saat və ya 6 ton yük daşıma 7000 km-ə qədər mənzil, 850 km/saat uçuş sürətinə sahib yeni bir model dizaynı tələb etdi. Dizayn olunan təyyarənin tam yüklə 2500 metrlik zolaqdan qaxış edə bilməsidə digər şərtləri olmuşdur.

Tu-154 texniki xüsusiyyətləri

  • Ekipaj: 3-4 (kapitan-pilot, 2-ci pilot, bort-mühəndis, naviqator)
  • Sərnişin tutumu: 114-180 nəfər
  • Uzunluq: 48.0 m (157 ft)
  • Qanad uzuluğu: 37.55 m (123 ft 3 in)
  • Hündürlük: 11.40 m (37 ft 5 in)
  • Qanad sahəsi: 201.5 m2 (2,168 ft2)
  • Boş çəkisi: 55,300 kq (122,075 lb)
  • Maksimum qalxış çəkisi: 102,000 - 104,000 kq (225,165 - 229,580 lb)
  • Güc qurğusu: 3× Soloviev D-30KU-154 turbofan

Performans

  • Maksimum sürət: 950 km/s (510 kn, 590 mph)
  • Mənzil: Maksimum qalxış çəkisi ilə : 3,900 km (5,200 km 164 sərnişin və baqajla) (2,000 NM, 2400 mi)
  • Maksimum yanacaq ilə: 6,600 km (3,600 NM, 4,100 mi)
  • Xidmət hündürlüyü: 12,100 m (39,700 ft)
Tupolev Tu-154

Qəzalar

  • 19 fevral 1973. Tu-154-ün ilk qəzası. Moskvadan qalxan təyyarə Praqa aeroportuna enərkən uçuş zolağına 470 metr qalmış qəzaya uğrayıb. Göyərtədəki 100 nəfərdən 66-sı həlak olub.
  • Həmin il keçmiş SSRİ-də iki Tu-154 təlim vaxtı qəzaya uğrayıb. Təyyarələrdə sərnişin olmadığı üçün tələfat az olub.
  • 30 sentyabr 1975. Budapeştdən qalxan təyyarə Beyruta enərkən dənizə düşüb, göyərtədəki 66 nəfərin hamısı həlak olub.
  • 1 iyul 1976. Ekvatorial Qvineyada dağa çırpılan təyyarədə 46 nəfər həlak olub.
  • 1 mart 1983. Orenburqda kobud eniş edən təyyarə yararsız hala düşüb. 161 sərnişindən heç biri xəsarət almayıb.
  • 7 iyul 1980. Almatıdan qalxan təyyarə güclü külək nəticəsində qəzaya uğrayıb, göyərtədəki 181 nəfərdən heç kəs xilas olmayıb.
  • 16 noyabr 1981. Norilsk şəhərinə enən təyyarə pilotun səhvi ucbatından zolaqdan kənara enib, 167 nəfərdən 99-u həlak olub.
  • 11 oktyabr 1984. Dispetçerin xətası üzündən təyyarə Omsk aeroportunda avtomobillə toqquşub, 179 nəfər həlak olub
  • 23 dekabr 1984. Hidrosistemin və mühərrikin sıradan çıxması nəticəsində qəza baş verib, 110 nəfərin hamısı həlak olub
  • 10 iyul 1985. Tu-154-ün ən böyük qəzası. Həddən artıq yüklənmiş təyyarə Özbəkistanın Uçquduq şəhərinə enmək üçün kəskin ştopor edib. İdarəetməni itirən təyyarə yerə çırpılıb, göyərtədəki 200 nəfərin hamısı həlak olub
  • 8 fevral 1993. Tehran yaxınlığında qırıcı ilə toqquşan təyyarədə 131 nəfər və qırıcıdakı 2 pilot həlak olub.
  • 3 yanvar 1994. Hidrosistemin dayanması səbəbindən İrkutskda təyyarə qəzaya uğrayıb, 125 nəfər həlak olub
  • 6 iyun 1994. Normadan artıq yüklənən təyyarə Çinin Sian əyalətində havada ikiyə bölünüb. 160 nəfər həlak olub
  • 7 dekabr 1995. Xabarovskda qəzaya uğrayan təyyarədə 98 nəfər həlak olub.
  • 29 avqust 1998. Pilotun xətası nəticəsində Norveçin Lonqir əyalətinə enən təyyarə dağa çırpılıb, 141 nəfərin hamısı həlak olub.
  • 13 sentyabr 1997. Namibiyada başqa təyyarə ilə toqquşan Tu-154-də 24 nəfər həlak olub.
  • 15 dekabr 1997. Şarjada enərkən təyyarə uçuş zolağından çıxıb, 91 nəfər həlak olub.
  • 24 fevral 1999. Çinin Quançjou əyalətinə enərkən təyyarə sıradan çıxıb, 61 nəfər həlak olub.
  • 3 iyul 1997. Pilotun xətası üzündən İrkutska enən təyyarədə 145 nəfərin hamısı həlak olub.
  • 4 oktyabr 2001. Ukraynanın hava hücumundan müdafiə qüvvələri təlim zamanı səhvən mülki təyyarəyə atəş açıb. Təyyarədəki 78 nəfərin hamısı Qara dənizdə can verib.
  • 12 fevral 2002. İran Hava Yollarına məxsus təyyarə Xürrəmşəhrə enərkən qəzaya uğrayıb, 119 nəfər həlak olub.
  • 1 iyul 2002. Almaniyada dispetçerin xətası üzündən Tu-154 başqa təyyarə ilə toqquşub, 60 nəfər həlak olub.
  • 22 avqust 2006. Rusiyaya məxsus “TU 154” təyyarəsi Peterburq-Anapa reysi ilə uçarkən Donetskdə qəzaya uğrayıb və 170 nəfər ölüb.
  • 15 iyul 2009. Qəzvindən qalxan təyyarə 15 dəqiqə sonra qəzaya uğrayıb, 168 nəfər həlak olub.
  • 10 aprel 2010. Smolenskdə Polşa prezidentinin təyyarəsi duman nəticəsində qəzaya uğrayıb, 132 nəfər həlak olub.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.