Tupak Amaru İnqilab Hərəkatı
Tupak Amaru İnqilab Hərəkatı (isp. Movimiento Revolucionario Túpac Amaru, qısaltması MRTA) — 1980–1997-ci illərdə Peruda aktiv olan Marksist inqilabçı qrup. Perudaki daxili çəkişmələrin əsas səbəbkarı olan bu qrup adını İnklərin son yerli hökmdarı olan XVIII əsrdə yaşamış II Tupak Amarudan götürmüşdür. MRTA Peru hökuməti, Avropa parlamenti və ABŞ Daxili İşlər Nazirliyi tərəfindən terror qruplaşması olaraq qəbul edilsə də 5 oktyabr 2001 tarixində ABŞ Xarici Terror qruplaşmaları siyahısından silinmişdir.[1][2]
İstinadlar
- "Arxivlənmiş surət". 2011-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.
- "Arxivlənmiş surət". 2012-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.