Tunberqiya
Thunbergia L. — cinsinə bir neçə növ daxildir. Onlardan gülçülükdə Qanadlı tunbergiya (Thunbergia alata) növü geniş yayılmışdır. Bu növdən yaşıllaşdırmada otaq bitkisi kimi də istifadə olunur. Bitkinin sarmaşan gövdələrinin uzunluğu 2,5 m-ə çatır. Çiçəklərin diametri 5 sm-dir, qıfaoxşar olub, rəngləri sarı, narıncı, açıq-sarı, darçını, ağızcıqlar isə tünd rəngdədir. Tunbergiyanı asılqan dibçəklərdə də becərmək olar. Tunbergiyanın şitillərini soyuqlar qurtarandan sonra əkirlər. Bitkilər arasındakı məsafə 45 sm-dir. Tunbergiya günəşli yerlərdə daha yaxşı inkişaf edir. Bitkilər inkişaf fazasına daxil olduqda onlara dayaq qoyulur.
Tunberqiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: ???: Tunberqiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
İstinadlar
Məlumat mənbəsi
- Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.