Tulus
Tulus — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Tulus | |
---|---|
39°23′ şm. e. 47°04′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 740 m |
Saat qurşağı | |
|
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]
Toponimikası
Tulus Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Oykonimin qəd. türkdilli tolos/teles tayfasının adı ila bağlılığı güman edilir. Orxon-Yenisey yazılı abidələrində tolis kimi qeyd olunan tuluslar e.ə. III əsrdə Orta Asiyada yaşamış teles adlı tayfanın varisləri hesab edilir. VII əsrdə onlar Qərbi Türk Xaqanliğına daxil olmuş, XIII əsrdə monqolların tərkibində Yaxın Şərqin istilasında iştirak etmişlər. Hazırda qaraqalpaqların va tatarların tərkibinda tolos adı ilə fəaliyyət göstərirlər. Dağlıq Altayda yaşayan telengit tayfasının bir qolu indi də tolos adlanır. Şərur rayonunun Dəmirçi kəndində Talasovan məhəlləsi, Tələsovan sahəsi qeydə alınmışdır.[2]
İqtisadiyyatı
- Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- "Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427