Tulu (boy)

Tulu — Qədim türk boyu.

Tarixi

Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe.

  • çumuqun 处木昆) (kiməklər, çumuqunlüy)
  • huluçzüy 胡禄居 (huluvu küye)
  • şeşeti 摄舍提 (neşetidun)
  • tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi)
  • şunişi 鼠尼施 (şunişi)

Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı.

"Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var.

Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.