Tullio Pinelli

Tullio Pinelli (it. Tullio Pinelli; 24 iyun 1908[1][2][…], Turin[3]7 mart 2009[4][1][…], Roma[3]) — İtaliyan ssenarist.

TULLİO PİNELLİ
it. Tullio Pinelli
Doğum tarixi
Doğum yeri Turin, İtaliya İtaliya
Vəfat tarixi (100 yaşında)
Vəfat yeri Roma, İtaliya İtaliya
Vətəndaşlığı
Uşağı 4
Təhsili
  • Turin Universiteti[d]
Fəaliyyəti 1944-2009
Fəaliyyət illəri 1944-cü ildən
Əsərlərinin dili italyan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tullio Pinelli 24 iyun 1908-ci ildə İtaliyanın Turin şəhərində anadan olmuşdur. Pinelli öz fəaliyyətinə hüquqşünas kimi başlamışdır. Amma boş vaxtını teatrlar üçün pyeslər yazmağa sərf edirdi. Pinellidə italyan vətənpərvərliyi özünü göstərirdi. Belə ki, onun böyük dayısı general Ferdinando Pinelli Kalabriyada quldur qiyamının yatırılmasında böyük xidmətləri olmuş insan idi[5].

Onun gələcək əməkdaşı Fellini ilə ilk görüşü 1947-ci ildə əks tərəfdə oturub eyni qəzeti oxuduğu bir köşkdə olmuşdu. Pinelli demişdi: "Bir-birimizlə görüş yaradıcılıqda ildırım zərbəsi kimi olmuşdu. Biz əvvəldən eyni dildə danışırdıq. Biz tamamilə dövrün əksinə olan bir ssenari haqqında düşünürdük. Əhvalatda olduqca utancaq və bir o qədər də ciddi insanın uçacağınıb bəyan edilməsi də var idi. Belə olduqda o, əllərilə şüşəyə vurur və oradan qurtulmaq istəyir. Bu, təbii ki, italyan neorealizmi deyildi. Lakin ideya eləcə də heç vaxt heç yerə çıxıb getmədi"[6]. Uçmaq haqqında lətifə onların 1963-cü ildə çəkilən "Səkkiz yarım" filmindən xəbər verirdi. Həmin film görkəmli rejissor olan və xilas haqqında düşünən baş qəhrəmanın tıxacda tutulub saxlanılmasının xilası olaraq öz maşınında çıxıb uçması təsviri ilə başlayırdı.

Tullio Pinelli "Səkkiz yarım" filmində epizodik rolda çəkilən və "Kasablanka"da (1942) İvonn rolunu ifa edən aktrisa Madlen Lebo ilə ailə qurmuşdu.

Tullio Pinelli 7 mart 2009-cu ildə 100 yaşında Romada vəfat etmişdir.

Filmoqrafiya

  1. Məhəbbət (film, 1948) / L'Amore
  2. Yol (film, 1954) / La Strada
  3. Kabiriyanın gecələri (film, 1957) / Le notti di Cabiria
  4. Şirin həyat (film, 1960) / La Dolce Vita
  5. Səkkiz yarım (film, 1963) / 8 ½
  6. Cincer və Fred (film, 1986) / Ginger E Fred

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Tullio Pinelli // Internet Broadway Database (ing.). 2000.
  3. Archivio Storico Ricordi. 1808.
  4. http://www.variety.com/article/VR1118000974.html?categoryid=19&cs=1.
  5. Tullio Kezich, Federico Fellini: His Life and Work, Faber and Faber, Inc., 2006, p. 96.
  6. Kezich, Federico Fellini: His Life and Work, p. 96
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.