İkiçiçək dağlaləsi
İkiçiçək dağlaləsi (lat. Tulipa biflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür.
İkiçiçək dağlaləsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Lilieae Cins: Növ: İkiçiçək dağlaləsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir. Gövdəsi 7-17 sm hündürlüyündə bitkidir. Soğanaq böyük deyi l,1-1,5 sm diametrində, xaricdən parlaq qonur, dərivari, daxildən yüngül hörümçək toruna bənzər qınla örtülmüşdür. Gövdə nazik, çilpaq, yarpaqlar 2 ədəd, dar-neştərşəkilli və ya xətvari, böyük hissəsi oraqvari əyilmiş göyümtüldür. Çiçəkləri 1 ədəd, bəzən 2, çiçəkyanlığı yarpaqcıqları 1,5-2,5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından kiçikdir. Sapı sarı, 2-2,5 dəfə tozcuqdan uzundur. Qutucuq 1-1,5 sm uzunluğundadır.
Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətlər
Bozqırlarda və orta dağ qurşaqlarında, qış otlaqlarında, quru-otlu yamaclarda, gilli, çınqıllı, daşlı yerlərdə yayılır. Çiçəkləməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Kseromezofitdir.
Yayılması
Qobustan, Abşeron, Kür-Araz ovalığı, Naxçıvan düzü (Duzdağ, Darıdağ, Aracıq dağ ətəklərində) .
Sayı və tendensiyası
Populyasiyalarına az rast gəlinir. Antropogen amillər azalma təhlükəsini yaradır
Məhdudlaşdırıcı amillər
Əhali tərəfindən intensiv toplanması və zoogen amillər.
Mühafizə tədbirləri
Təbii ehtiyatları azdır. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Yasaqlıqların yaradılması vacibdir.