Biberşteyn dağlaləsi

Biberşteyn dağlaləsi (lat. Tulipa biebersteiniana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Biberşteyn dağlaləsi
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Yarımfəsilə:
Triba:
Lilieae
Növ:
Biberşteyn dağlaləsi
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  2250701
EOL  1082951

Qısa morfoloji təsviri

Çoxillik bitkidir. Soğanağı 1–2 sm diametrdə, uzunsov-yumurtavari, tünd-qonur və ya qara-qonur qınla örtülmüşdür. Gövdəsi düz, silindrik, çılpaq, 15–30 sm hündürlükdədir. Yarpaqları çılpaq, xətvari, aşağıdakılar daha çox enli, enli-xətvari və ya uzunsovlansetvaridir. Çiçəkləri tək, 2,5–3,5 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları sarı, iti, az və ya çox sivri, lansetvari, xarici tərəfdə bənövşəyi ləkəli, daxildə uzunsovyumurtavari, əsası kirpikciklidir. Erkəkciklər çiçəkyanlığından nisbətən qısadır; tozcuğu 2–3 dəfə erkəkcik sapından qısadır. Qutucuq 1,5–2,5 sm uzunluqdadır.

Yayılması

BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Otlaqlarda, əkinlərdə, quru-otlu yamaclarda və kolluqlarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Bioloji,ekoloji, fitosenoloji xüsusiyyətləri

Düzənlikdən orta dağ qurşağına qədər ərazilərdə, bozqırlarda, otlaqlarda, əkinlərdə, quru-otlu yamaclarda və kolluqlarda. Çiçəkləməsi aprel, meyvələməsi iyun ayına təsadüf edir. Çoxalması soğanaqla və toxumladır. Geofitdir, bəzək bitkisidir.

Yayılması

Samur-Dəvəçi və Xəzər sahili ovalıq, Böyük Qafqazın Quba hissəsi, Qobustan, Kür düzü.

Sayı və tendensiyası

Populyasiyalarına  az rast gəlinir. Mənfi antropogen amillər azalma təhlükəsini yaradır.

Məhdudlaşdırıcı amillər

Əhali tərəfindən intensiv toplanılması, tikintilər, otarılma və mal-qara tərəfindən tapdalanma.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür.Yasaqlıqların yaradılması vacibdir.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.