Tulan xaqan

Tulan xaqan — birləşmiş Göytürklərin sonuncu xaqanı hesab olunur.

Tulan Yun Uluq xaqan
都藍可汗
588 599
ƏvvəlkiBağa xaqan
SonrakıYami xaqan (şərqdə)
Tardu xaqan (qərbdə)
Şəxsi məlumatlar
Doğum tarixi VI əsr
Vəfat tarixi
Vəfat yeri
Atası İşbara xaqan
Həyat yoldaşı Çyan Çzın
Dini Tenqriçilik

Hakimiyyəti

588-ci ildə taxta çıxmışdır. Atasının həyat yoldaşı şahzadə Kvancin ilə evlənmişdi. 593-cü ildə Suy sülaləsinin Göytürklərdəki səfiri Pey Çju idi. Pey Çju xaqanın qardaşına şahzadəni öldürməyi, əvəzində Suy sülaləsindən bir şahzadə ilə evlənməyi təklif etmişdi. Xaqan şahzadəni öldürsə də yeni Suy şahzadəsi 597-ci ildə qardaşı ilə evləndi. Beləliklə Suy sülaləsinə qarşı düşmən münasibəti bəsləməyə başladıqda Tardu xaqanla birlikdə ittifaq quraraq Çinə yürüş etdi. Çin onları məğlub edərək Tulan xaqanı 599-cu ildə səhrada öldürdü. Yerinə Tulan xaqanın qardaşı Yami xaqan keçdi. Yami xaqan Çin vassalı oldu. Dövlət rəsmən iki yerə bölündü.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.