Tukay rayonu
Tukay rayonu (tatar. Тукай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində, Kama çayınımn sağ sahilində yerləşir.
Tukay rayonu | |
---|---|
Тукай районы | |
55°51′ şm. e. 52°31′ ş. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Naberejnıye Çelnı |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1930 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati mərkəzi Yar Çallı şəhəridir (şəhər özü respublika tabeliyindəki bir şəhərdir və şəhər dairəsini təşkil edir.)
Coğrafiyası
Yar Çallı, Minzələ, Sarman, Zəy, Nijnekamsk, Alabuqarayonları ilə, Nijnekamsk su anbarı vastəsilə Mendeleyevsk və Əgerce rayonları ilə həmsərhəddir.
Rayonunun inzibati ərazisinin sahəsi 1729.49 km²-dir.
Mühafizə olunan ərazilər
"Aşağı Kama" və "Borovets Klyuçi" Milli Parkları.
Tarixi
1920-ci ilə qədər Tukay rayonunun ərazisi Ufa vilayətinin Minzələ qəzasına daxil idi[2]. 1920-ci ildə qəza yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Rayon 1 oktyabr 1930-cu ildə mərkəzi Yar Çallı şəhəri olan Çallı rayonu olaraq qurulur. Rayon Çallı volostunun ərazisini, Abdulovskaya, Axmetyevskaya və Afanasyevskiy volostlarının bir hissələrini və Kuzkeevski və Şinqalçinski volostlarının bir neçə yaşayış məntəqəsini əhatə edirdi. 20 aprel 1976-cı ildə rayon Tukay rayonu adlandırılır[3].
Əhalisi
2010-cu il siyahıyaalınmasına görə rayon əhalisi 36 561 nəfər olmuşdur.
- Milli tərkib
Tatarlar - 71,07%, ruslar - 24,26%, çuvaşlar - 1,48% və başqaları[4]. Dini baxımından əhalisi provaslav və müsəlmandır.
Yerli özünü idarəetmə
Tukay rayonu ərazisinə 23 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 88 yaşayış məntəqəsi daxildir[5].
İqtisadiyyat
Nəqliyyat
Böyük şəhərlərin, magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi və Kama çayı üzərindən körpünün olması rayon ərazisində yol şəbəkəsinin inkişafına öz töhfəsini verir.
M-7 Moskva-Kazan-Ufa avtomobil yolu (Volqa), 16A-0003 Yar Yallı-Zəy-Almət, 16A-0003 - Nijnekamsk, 16A-0003 - Beqişevo Airport, Yar Çallı - Sarman - Oktyabrski.
Dəmiryol stansiyası rayonun qərb hissəsi boyunca uzanır. Əgerce - Yar Çallı - Akbaş, Nijnekamsk filialları, KAMAZ sənaye zonasına uzanan yol və s. Rayonun cənub-qərbində Beqişevo beynəlxalq hava limanı yerləşir.
Kama və Nijnekamsk su anbarında yük və sərnişin daşımalar həyata keçirilir.
İstinadlar
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "В. В. Ермаков «Челнинская история»". 2010-09-10 tarixində arxivləşdirilib.
- Указ Президиума Верховного Совета РСФСР от 20 апреля 1976 года «О переименовании Челнинского района Татарской АССР».
- "Татстат: Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-07.
- "Муниципальные образования в составе муниципального района".