Tüilridə musiqi (tablo)
Tüilridə musiqi — Eduard Manenin yaradıcılığının ilk dövründə çəkdiyi əsərlərindən biridir. Əsər rəssamın həmin dövrdəki üslubunu əks etdirir.
Tüilridə musiqi | ||
---|---|---|
| ||
Rəssam | Eduard Mane | |
Tarixi | 1862 | |
Üslubu | məişət janrı | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 76,2 sm × 118,1 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Milli Qalereya | |
Saytı |
nationalgallery.org.uk/p… emuseum.pointblank.ie/on… |
|
İnventar nömrəsi | NG3260, 3260 | |
Vikianbarda əlaqəli mediafayllar |
Tabloda Frans Hals və Dieqo Velaskesin təsiri hiss olunur. Bundan əlavə, sənətçinin ömrünün sonunadək maraq dairəsində olan “boş vaxt” mövzusunun da xəbərçisidir. Bir sıra tənqidçilər bu rəsm əsərini natamam sayırdı. Tabloda o dövrdə Tüilri bağçalarının musiqi və söhbətlə dolu atmosferi müşahidə olunur.
Əsərdə Mane dostlarını, rəssamları, yazıçıları və musiqiçiləri təsvir edib. Bütün bu obrazların arasına öz avtoportretini əlavə etməyi də unutmayıb.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.