Tufandağ

Tufandağ — Qusar və Qəbələ rayonu ərazisində dağ.

Tufandağ
Ümumi məlumatlar
Dağ silsiləsi Qafqaz
Mütləq hündürlüyü 4.191 m
Yerləşməsi
41°05′ şm. e. 48°29′ ş. u.
Ölkə
Tufandağ xəritədə
Tufandağ
Tufandağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Baş Qafqaz silsiləsindədir. Hündürlüyü 4191 m. Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmişdır.[1]

Bu zirvə Böyük Qafqaz suayncı üzərində yerləşib konusu xatırladır. Yura şistlərindən əmələ gəlmiş bu dağın hündürlüyü 4191 metrdir. İl ərzində ən çox tufan və çovğun olduğuna görə ona Tufan adı verilmişdir. Yayılmış dini rəvayətə görə guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Yağış, çovğun vaxtı həmin parçalar göllərin suyunun üzərinə çıxır, hava sakitləşəndə qeyb olur.[2] Təbii ki bu sadəcə bir əfsanədir.

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007. ISBN 978-9952-34-156-0
  2. Kərimova S. Qusar və Qusarlılar ensiklopedik toplu. Bakı. 2011, s. 87
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.