Tufan Kərim

Tufan Kərim (2 avqust 1957, Balakən) — Azərbaycan Milli Demokrat Partiyasının (Bozqurd Partiyası) sədri, hüquqşünas, vəkil, "Millətçilik" qəzetinin təsisçisi.

Tufan Kərim
2008 14 aprel 2023
Əvvəlkiİsgəndər Həmidov
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 2 avqust 1957(1957-08-02) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı

Tufan Kərim 1957-ci il avqustun 2-də Azərbaycan Respublikasının Balakən rayonunda dunyaya gəlib. Orta təhsilini orada bitirdikdən sonra bir il tikintidə fəhlə kimi çalışıb.

1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Buna qədər isə musiqi, hərbi və siyasi təhsil alıb.

1983-cü ildən 1991-ci ilədək hüquq məsləhətçisi işləyib. Bir neçə il Hərbi Tribunalda çalışıb.

1995-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının uzvü kimi vəkillik fəaliyyəti ilə məşgul olur.[1]

1975–1977-ci illərdə sovet ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1977-ci ildə daimi yaşamaq üçün Bakı şəhərinə köçüb. Bakıda bir müddət yükvuran fəhlə kimi çalışıb.

1979–1983 illərdə xüsusi təyinatlı hərbi hissədə siyasi işçi kimi hərbi xidmət keçib.

Evlidir, bir oglu, iki nəvəsi var.

Siyasi fəaliyyəti

Ordu sıralarında Sov. İKP üzvlüyünə qəbul olunub. 1989-cu ildə könüllü olaraq Sov. İKP sıralarını tərk edib. Milli-azadlıq hərəkatının iştirakçısı olub.

2004-cü ildən Azərbaycan Milli Demokrat Partiyasının üzvü olmuşdur. O, 2004-2008-ci illərdə partiyanın Böyük Məclisinin sədri olmuşdur. Tufan Kərim 2008-ci ildə növbədənkənar qurultayda Azərbaycan Milli Demokrat Partiyasının sədri seçilmişdir. 2011-ci ildə isə partiyanın növbəti qurultayında təkrarən partiyanın sədri seçilmişdir.[2] Azərbaycan Milli Demokrat Partiyası 14 aprel 2023-cü il tarixində özünü buraxdığı ilə bağlı bəyanat yaymışdır.[3]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.