Tufan (tarix)
Tufan termini (pol. pоtор szwedzki, lit. Tvanas) XVII əsrin ortalarında Polşa-Litva İttifaqında baş vermiş bir sıra hadisələr üçün istifadə olunur. Bu müharibələr zamanı Polşa-Litva İttifaqı əhalisinin üçdə birini və böyük güc statusunu itirmişdir.[5]
Tufan (The Deluge) | |||
---|---|---|---|
Reç Pospolitanın şimal müharibələri (İkinci Şimal müharibəsi) | |||
| |||
Tarix | 1655-1660 | ||
Yeri | Reç Pospolita | ||
Nəticəsi | Status-kvo, polyaklar üçün Pirr qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəlki hadisələr, işğalın başlaması və Rusiya çarlığının strategiyası
1648-ci ildə Boqdan Xmelnitski Polşa-Litva Birliyinin hökmdarlarından narazı qalan Zaporojiya kazakları və Ukrayna kəndlilərindən ibarət qoşunları ilə birlikdə böyük bir üsyana rəhbərlik etdi. Üsyanın ilk mərhələsi böyük dağıntılar ilə Berestechko müharibəsinin nəticəsiz qalması ilə Rusiya çarlığı ilə Reç Pospolita arasında Ukraynanı əhatə edən şərqi slavyan ərazisi üzərindəki qarşıdurmanı daha da gücləndirdi. Buna görə 1653-cü ilin oktyabrında rus komandiri Zemsky Sobor Polşaya müharibə elan etdi. 1654-cü ilin iyun ayında rus çarı I Aleksandr Şərqi Polşanı işğal etdi və 13 il davam edəcək 1654-1667 Rusiya-Polşa müharibələri başladı. 1654-cü ilin yayında ruslar bugünkü Belarusiya ətrafında qurulmuş bir çox vacib şəhər və qalaları ələ keçirməyə müvəffəq oldular. 3 oktyabr 1654-cü ildə mühasirədən sonra Smolensk tutuldu. Texniki olaraq Polşa ilə müharibə vəziyyətində olan İsveç İmperiyası (1629-cu ildə imzalanmış atəşkəs rejimini 1635-dən 1661-ci ilə qədər uzatmışdılar) 1655-ci ilin iyulunda Polşanın qalan yarısını işğal etdi.
İsveç krallığının strategiyası
Otuzillik müharibədən sonra özünü qitənin ən güclü dövlətlərindən biri kimi göstərən İsveç Krallığının böyük bir ordusu var idi, lakin onları vermək üçün pulu az idi. Polşa Kazak atamanlığı və rus çarizmi ilə apardığı döyüşlərdən sonra zəifləmişdi, xüsusən Batih döyüşündə ən yaxşı qoşunlarını itirəndən sonra İsveç Krallığı onu zəif ov kimi gördü.
Üstəlik, İsveçlilər Polşa taxtındakı hüquqlarını xatırladılar. III. Zygmunt Waza və oğulları IV Władysław Waza və II Jan Kazimierz Waza Vaza sülaləsindən olan əsilzadələr idi. Taxtda haqlarını elan edəcəkdilər. İsveç kralı X Karl Gustavın əsas məqsədi Polşa Krallığı ilə Böyük Litva Hersoqluğu arasındakı birliyi pozmaq idi.
Axırda öz məqsədlərinə çatdılar. İsveç üçün asan keçmiş Ujście müharibəsindən sonra Kėdainiai sazişi imzalanaraq Yuxarı Polşa (Poznań ətrafı) Kėdainiai Knyazlığına-İttifaqına verildi. Beləliklə, Polşa-Litva İttifaqını parçaladılar.[6]
Nəticələri
Polşa əhalisinin üçdə birini itirdi. Köhnə gücünü itirdiyi kimi heç bir zamanda onu bərpa edə bilmədi. 200 ildir ki, heç bir müharibədən təsirlənməmiş zəngin yaşayış məntəqələri böyük ziyan gördü[7] (Yuxarı Polşa, Aşağı Polşa, Mazoviya, Pomerelya, Kujawy, Podlasie). Bundan əlavə kilsələr, qəsrlər, kitabxanalar və arxivlər talan edildi və məhv edildi. Sənət əşyaları, rəsm əsərləri, əlyazmalar, silahlar, Çin istehsalı olan çini qablar, gəlinliklər, türk çadırları və kilimləri ələ keçirildi. Müharibənin əhatə etdiyi bütün yaşayış məntəqələri, qəsrlər, kəndlər və şəhərlər İsveç orduları tərəfindən talan edilmişdi.[8][9]
Maraqlıdır ki, hətta qapı çərçivələri də çıxarılıb aparılmışdır.[10]
İstinadlar
- Ervin Liptai: Military history of Hungary, Zrínyi Military Publisher, 1985. ISBN 963-326-337-9
- László Markó: Lordships of the Hungarian State, Magyar Könyvklub Publisher, 2000. ISBN 963-547-085-1
- Chanat Krymski i jego stosunki z Polską w XV–XVIII wieku. 1987. səh. 196. ISBN 83-05-11618-2.
- Claes-Göran Isacson, Karl X Gustavs Krig (2002) Lund, Historiska Media. Sayfa 96. ISBN 91-89442-57-1
- "Arxivlənmiş surət". 2007-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-27.
- "Arxivlənmiş surət". 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-27.
- ""Nikt tak nie ograbił Polski jak Szwedzi" by Michał Chodurski, Polish Radio webpage, 31.08.2012". 2017-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-27.
- polskieradio.pl
- "Arxivlənmiş surət". 2017-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-27.
- I. Ihnatowicz, Z. Landau, A. Mączak, B. Zientara Dzieje gospodarcze Polski do roku 1939. Wiedza Powszechna, Warszawa 1988, page 233