Tuba
Tuba − böyük ölçüsü və dərin səsləri ilə xarakterizə edilən bir nəfəsli musiqi alətidir. Şaquli kəmərli boru, üç və ya dörd klapan, geniş konusvari dəlik, fincanşəkilli ağızlıqdan ibarətdir. Tubanın müxtəlif seqmentləri standart texnika ilə işlənmiş misdən hazırlanmışdır. İlk tuba on doqquzuncu əsrin əvvəllərində bas səs gətirmək üçün icad edilmişdir. Tubalar mis külək alətləri kimi tanınan bir alət sinfinə aiddir. Tuba latın sözü olub “Tub” və “Boru” mənasını verir.
Amerika Birləşmiş Ştatlarında da tuba çalan şəxs tubaçı ya da tubist kimi tanınır [1]. Böyük Britaniyada adi orkestrdə tuba alətində çalan musiqiçi sadəcə bir tubaçalan kimi tanınır; nəfəsli alətlər orkestrində və ya hərbi orkestrdə tuba alətində çalan musiqiçilər isə basistlər kimi tanınır.
Tarixi
Tubanın tarixi Roma İmperiyasına kimi uzanır. Tubanın inkişafı 19-cu əsrin əvvəllərində başlamışdır. 1820-ci illərdə müxtəlif alət istehsalçıları tubadan əvvəl “ophicleid” adlı alət istehsal edirdilər. Tuba − səsin F-dən aşağı hündürlüyünü təmin edən alət növüdür. Buna görə də bu alətlərdə çalmaq çətin idi və heç vaxt musiqi icması tərəfindən qəbul edilməmişdir. Tuba musiqiçilərin arzusunu təmin etmək üçün icad edilmişdir.
1835-ci ildə ilk bas tuba İohann Qottfrid və Vilhelm Virprext tərəfindən patentləşdirilmişdir. Onu ophicleiddən tamamilə fərqləndirən yeni tipli qısa porşenli klapan olan Berliner-Pumpe idi. Onun ilk nümunəsi müasir tubadan fərqli görünürdü, amma bəzi xüsusiyyətləri eyni idi. Məsələn F-orkestr tubalarının standart mərhələsi. Alətin hündürlüyünü aşağı salmaq üçün beş klapan vardı. Gümüş və misin xəlitəsindən hazırlanmışdır. Daha sonra, Morits (1777–1840) və Virprext (1802 – 1872) “bombardon” adlanan geniş bir alət hazırladılar[2]. Ophicleid ilə eyni ümumi formada idi, hətta onun da klapanları vardı. Onların dizaynı bu aləti bir qədər təkmilləşdirən digər musiqi aləti düzəldənlər tərəfindən qəbul edildi və müxtəlif ölçülərdə və formalarda bombardon istehsalına başlandı. Bir neçə il ərzində Berliner-Pumpe klapanların yerinə fırlanan klapanlar istifadə olunmuşdur. 1845-ci ildə Adolf Saks (1814-1894) sopraninodan- kontrabasa qədər dəyişən saksafon ailəsini patenləşdirdi. Bu alətlərin ən aşağı üzvü müasir tubaya çox oxşayırdı. Tuba ilk dəfə tanınandan sonra Almaniyada bəstəkarlar və orkestrlər də ophicleidə üstünlük verdilər. Digər ölkələr, əsasən, İngiltərə və Fransa tərəfindən tədricən qəbul edildi. 1880-ci ildə artıq ophicleid köhnəlmiş sayılırdı, tuba isə standart mis bas aləti olmuşdu.
Tuba caz musiqisində də 1925-ci ilə qədər bas səsi olaraq istifadə olundu və daha sonra onun yerinə kontrabas istifadə olundu. Və İkinci Dünya müharibəsindən sonra “Dixieland” caz ansambları tərəfindən yenidən istifadə olunmağa başlandı.
Dünya Tuba Günü
1979-ci ildə amerikan musiqiçisi Coel Dey “İnternational Tuba Day” adını verdiyi “Dünya Tuba Günü”nü elan etdi. 1982-ci ildən bəri hər il may ayının ilk cümə günü “Dünya Tuba Günü” olaraq qeyd olunur.
İstinad
- "Tuba". Merriam-Webster. İstifadə tarixi: 2012-05-26.
- "Vienna Symphonic Library". www.vsl.co.at (ingilis). 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.