Tu Yuyu

Tu Yuyu (30 dekabr 1930[1][2][…], Ninbo, Çjetszyan, Çin Respublikası[d])—Çin alimi və fitokimyacı. Malyariyaya qarşı dünyanın ən təsirli dərmanlarından biri olan artemisinin kimi tanınan antimalarial maddə qinghaosu təcrid etməsi və tədqiqi ilə məşhur olub. Kəşflərinə görə Tu 2015-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatı alıb.[3]

Tu Yuyu
Tu Youyou
Doğum tarixi
Doğum yeri Çin
Elm sahələri farmakologiya
Təhsili
Mükafatları fiziologiya və tibb üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tu Yuyu 30 dekabr 1930-cu ildə Çinin Çjetszyan-Ninbo şəhərində anadan olub. 1948-ci ildə Ninbo məktəbinə keçməmişdən əvvəl orta məktəbi və liseyin ilk ilini Xiaoshi məktəbində oxuyub. 1951-ci ildən 1955-ci ilə qədər Pekin Universiteti Tibb fakültəsində oxuyub. Tu Əczaçılıq Elmləri Bölməsində oxuyub və 1955-ci ildə oranı bitirib. Sonra iki il yarım ənənəvi Çin təbabəti üzrə təlim keçib. Məktəbi bitirdikdən sonra Pekində ənənəvi Çin Tibb Akademiyasında təhsil alıb. O, 1978-ci ildə Çin iqtisadi islahatının başlanmasından qısa müddət sonra Tədqiqatçı adını alıb. 2001-ci ildə "Doktorantlar üçün Akademik Məsləhətçi" vəzifəsinə yüksəlib. Hazırda Akademiyanın baş elmi işçisidir. 2007-ci ildən onun ofisi Pekin də köhnə yaşayış binasındadır.

İstinadlar

  1. Rogers K. Tu Youyou // Encyclopædia Britannica (ing.).
  2. Youyou Tu // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. "Tu Yuyu". 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.