Trunov rayonu

Trunov rayonu[4] (rus. Труновский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Donskoe kəndidir. Əhalisi 30 449 nəfərdir (2020).

Trunov rayonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

45°27′ şm. e. 42°00′ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1935
Sahəsi
  • 1.686 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.449 nəf. (2020)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86546
Rəsmi sayt
Trunov rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Rayon Stavropol diyarının şimal-qərb hissəsində yerləşir. Petrovski, Şpakovski, Krasnoqvardeyski, Qraçyovski, İzobilnenski və İpatovski rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 168,5 min hektardır. Ən yaxın dəmir yolu stansiyası İzobilnoye Donskoedən 25 km məsafədə yerləşir.

Rayonun iqlim kontinentaldır. Böyük Yeqorlık, Taşla, Böyük Kuqulta, Kiçik Kuqulta çayları ərazidən axır. Tuquluk çayı isə yayda quruyur. Bu torpaqlardan Pravoyeqorlık kanalı keçir. Torpaqları qara, qumlu-gilli, bəzi yerlərdə isə gillidir. Ərazisində çöl bitkiləri üstünlük təşkil edir. Meşə qurşağı var, kiçik meşələrə rast gəlinir.

Tarix

1924-cü ildə Stavropol quberniyasında gələcək Trunov rayonunun ərazisini əhatə edən bir qəza qurulur[5]. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 23 yanvar 1935-ci il tarixli Qərarı əsasında Trunov qəzasının ərazisi Stavropol dairəsindən ayrıldı və Trunov rayonu quruldu. Rayon Stavropol diyarında vətəndaş müharibəsi qəhrəmanı - Konstantin Arxipoviç Trunovun şərəfinə adlandırılmışdır. Qəhrəmanın doğma kəndi onun adını daşıyır. Trunovun doğulduğu Ternovskoye kəndi (əvvəlki adı Novoqeorqievskoye) Trunovskoye kəndi olaraq dəyişdirildi və rayon mərkəzi təyin edildi.

19 yanvar 1943-cü ildə Trunov rayonu nasist işğalçılarından azad edildi[6]

20 iyun 1957-ci ildə Dmitrievski rayonu ərazinin İpatovski, Trunov və Molotov rayonlarına verilməsi ilə ləğv edildi.

1963-cü ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə rayon ləğv edildi və ərazisi İzobilnenski və Şpakovski rayonlarına daxil edildi. 1970-ci ilin dekabrında rayon bugünkü sərhədləri daxilində bərpa edildi.

16 mart 2020-ci il tarixdən etibarən Stavropol diyarının 31 yanvar 2020-ci il tarixli 14-kz saylı qanununa uyğun olaraq Trunov inzibati dairəsinin bütün bələdiyyələri vahid bələdiyyə forması olan Trunov bələdiyyə dairəsinə birləşdirildi.

Ərazi vahidi statusunu qorudu[7][8].

Əhali

Cins tərkibi

2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 16 247 kişi (47,01 %) və 18 311 qadın (52,99 %) yaşayırdı[9].

Milli tərkib

2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı:

Milliyyətsaylarıfaiz
ruslar28 64982,90
ermənilər17725,13
yezidilər7212,09
qaraçılar5201,50
çeçenlər4211,22
ləzgilər4141,20
digərləri20615,96
Ümumi34 558100,00

Yaşayış məntəqələri

Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 15 yaşayış məntəqəsini əhatə edir.

İstinadlar

  1. http://docs.cntd.ru/document/461506269.
  2. http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  3. http://web.archive.org/web/20200424113056/https://www.gks.ru/storage/mediabank/Численность%20по%20МО_Site.xlsx.
  4. "Закон Ставропольского края от 31.01.2020 № 11-кз «О преобразовании муниципальных образований, входящих в состав Новоселицкого муниципального района Ставропольского края, и об организации местного самоуправления на территории Новоселицкого района Ставропольского края»". publication.pravo.gov.ru (rus). 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-16.
  5. "Краткая справка по административно-территориальному делению Ставропольского края с 1920 по 1992 год". Официальный сайт комитета Ставропольского края по делам архивов. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  6. "Календарь государственных праздников Российской федерации, памятных дат и знаменательных событий Ставропольского края на 2011 год". Официальный сайт администрации Курсавского сельсовета Андроповского района Ставропольского края. 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  7. "Закон Ставропольского края «Об административно-территориальном устройстве Ставропольского края»". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
  8. "Закон Ставропольского края «Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края»". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
  9. "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Северо-Кавказстата. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.