Trombositlər
Trombositlər - qanda mikro litrdə 200-300.000 nisbətində olur. Trombositlərin təxminən 30%-i dalaqda toplanır. Trombositlərin əsas funksiyası qanın laxtalanması ilə bağlıdır. Bundan əlavə onlar immunoloji reaksiyalar,məsələn;iltihab prosesində də iştirak edirlər. Trombositlərin hüceyrə nüvəsi yoxdur və bunlar laxtalanma üçün əhəmiyyətlidir. Trombosit qeyri-kafiliyi halında qanama görülər. Bu qanamanın əlaməti göyümsü ləkələrdir. Bu narahatlığın mütləq müalicəsi lazımdır əks halda təhlükəli ola bilər.[1]
Trombositlər, qanın laxtalanmasında əhəmiyyətli vəzifəyə sahib olub, çox ədəddə granül ehtiva edən rəngsiz hüceyrə parçalarıdır. Megakaryosit deyilən sümük iliyinin böyük hüceyrələrinin parçalarından meydana gələr. Ortalama 10 günə qədər yaşayarlar. Ömürü dolan Trombositlər dalak və qaraciyərdəki makrofajlar tərəfindən yox edilər. Hər gün təxminən 200 milyon trombosit çıxarılar.Trombositlərin tərkibində bioloji aktiv maddələr olan sitoplazmatik qranullar olur.Onlarda qranulların 2 tipi müəyyənləşdirilmişdir. Bərk cisim və α qranullar. Bərk cismin tərkibində serotinin və ADP,α qranullarda isə proteazalar,kation zülallar və P-selektin toplanır.
Trombositlər bir-birinə və bağ toxuması ipliyi olan kollajene bağlanaraq laxta meydana gəlməsində rol oynayarlar. Laxtalanmasi 40-45% olur.
Mənbə
- "Arxivlənmiş surət". 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-02.