Tremor

Tremor (lat. tremor - "əsmə") — qeyri-ixtiyari, ritmik hərəkətlərdir.

Yaranma səbəbindən asılı olaraq fizioloji, serebellar (beyincik), distonik, essensial, ortostatik, Parkinsonizm, psixogen, alkoholizm, periferik neyropatiya mənşəli ola bilər. Hərəkət və postura bağlılığına görə sakitlik, postural, hərəkət, intensiyon, rubral tremor ayırd edilir.[1]

İstinadlar

  1. "TREMOR". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.