Traybeka Festivalı

Traybeka Festivalı (ing. Tribeca Festival) — Tribeca Productions tərəfindən təşkil edilən illik film festivalı. Hər il yaz mövsümündə Nyu-York şəhərində keçirilir, geniş çeşiddə filmlər, epizodlar, müzakirələr, musiqilər, oyunlar, incəsənət əsərləri təqdim edilir. Traybeka 2002-ci ildə Robert De Niro, Ceyn Rozental və Kreyq Hatkoff tərəfindən 11 sentyabr hücumlarından sonra Dünya Ticarət Mərkəzinin dağıdılması nəticəsində zərər çəkmiş Aşağı Manhetten (ing. Lower Manhattan) bölgəsinin iqtisadi və mədəni dirçəlişinə köməklik göstərmək üçün yaradılmışdır. Festival 2020-ci ilə kimi Traybeka Film Festivalı adı ilə bilinirdi.

Traybeka Festivalı
YerNyu-York
Yaranıb2002) (2002)
Ən son7–18 iyun 2023
Sayttribecafilm.com

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.