Trayan sütunu
Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodordur. Sütun Ulpiya bazilikasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həm də iki böyük kitabxana arasında yerləşir: yunan və latın kitabxanası[1][2]
Trayan sütunu | |
---|---|
Colonna Traiana | |
41°53′45″ şm. e. 12°29′03″ ş. u. | |
Ölkə | İtaliya |
Şəhər | Roma |
Yerləşir | Trayan forumu |
Memar | Dəməşqli Apollodor |
Sifarişçi | Trayan |
Tikilmə tarixi | 113 |
Üslubu | Qədim Roma memarlığı |
Material | mərmər |
Rəsmi sayt | stoa.org/trajan/ |
Rəsmi adı: Historic Centre of Rome, the Properties of the Holy See in that City Enjoying Extraterritorial Rights and San Paolo Fuori le Mura | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 1980 |
İstinad nöm. | 91 |
Dövlət | İtaliya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Mark Ulpi Trayan ispan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir[3]. Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada (Müasir Rumıniya ərazisi), Şimali Ərəbistanda və Parfiyada Romaya əvəzolunmaz töhfələr vermişdir. Onun hakimiyyət dövründə Roma imperiyasının sərhədlərinin ən geniş olduğu dövrdür. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu. 1588-ci ildə isə V Sikst sütunda Müqəddəs Pyotrun heykəlini ucaltdı[4]. Sütun 113-cü ildə inşa olunub[5].
Trayan öldükdən sonra onun və yoldaşının kül urnada sütunun içərisində yerləşdirildi. 1900 il orijinallığını qorumuş və heç bir rekanustruksiyaya məruz qalmayan Trayan sütunu Roma şəhərinin simvollarından biri hesab olunur.
Xarakteriskası
Postament
Postamentin hündürlüyü 5,27 metr, eni 5,5 metrdir. Postamentin fundamentini travertin təşkil edir[6]. Postament üç tərəfədən trofey barelyefi ilə bəzədilib. Dört küncdə duran qartallar dəfinə əkilini saxlayır. Postament daxilinə iki bölmə var; pilləkənlərə gedən bölmə və Trayanın urnasının yerləşdiyi otaq[7].
- Sütunun postamenti.
- Sütunun aşağı hissəsinin en kəsiyi.
- Piraneziyə görə postamentin girişinin dizaynı. 1774.
- Postamentin yandan görünüşü.
- Girişdəki yazının daha aydın görünüşü.
Yazı
Maraqlıdır ki, Trayan sütununun özündə heç bir yazı yoxdur. Ancaq postamentdə, girişin üstündə yeganə yazı nümunəsi var[8]. Şəkildəndə aydın görsənir ki, yazının sonuncu sətri zədələnib, ancaq bu mətnin bərpasında elə bir çətinlik yaratmayıb.
SENATVS•POPVLVSQVE•ROMANVS |
Sütun
Hündürlüyü 39,86 metr olan bu sütun əslində 100 — lük simvol hesab olunur. Romada 100 fut 29,78 metrdir (sütun üzərinə qoyulmuş postamenti nəzərə almasaq)[9]. Sütunun diametri 3,69 metrdir. O 18 blokdan ibarətdir[6]. Blokların hər birinin çəkisi 29–33 tondur[10]. Daxilində olan 185 pilləkən sonda sütunun kapitelisi ilə yekunlaşır. Sütuna 28 dəfə papirus örtüyü spiral formasında dolandırılıb. Ümumi uzunluğu 190 m, hündürlüyü 1 metrdir[7].
Sütunun görünüşü
- Şimaldan görünüş
- Şərqdən görünüş
- Cənub-şərqdən görünüş
- Cənubdan görünüş
- Cənub-qərbdən görünüş
- Qərbdən görünüş
Təsvirlər
Sütun frizində 155 səhnə, 2570 personaj göstərilib(634-dü dakiyalılar)[11]. Hər səhnə konkret bir hadisəni ifadə edir. Təsvirlərdə təkcə döyüş səhnələri deyil, həm də yerdəyişmə, tikinti, söhbət və s tipli səhnələrdə var[12]. Təsvirlərdə arxa fonda qala, kənd, körpü, qayalıq, meşə və s.tipli rəsimlərdən istifadə olunub[11]. Təsvirlərdə həm də zaman və məkan anlayışıda düzgün şeçilib. Aşağıdan yuxarıya doğru təsvirlər xronoloji ardıcillıqla düzüllüb. Gecə, hava şəraiti və illərdə təsvirlərdə diqqəti cəl edir[13]. Təsvirlərdə həm də simvol və şərtilik gözə çarpır. Hər hansı əsgər fiquru bütün bir bölüyü və ya bir ağac bütov bir meşəni simvolizə edir. Ehtimal olunur ki, təsvirləri heç də tək bir sənətkar işləməyib.
Daxili və spiral pilləkənlər
Daxili boş olan sütunun içində spiral şəkilli pilləkənlər var. Tam dövrə vurmaq üçün 14 pilləkəndən istifadə olunur. 43 düzbucaqlı pəncərələr içərini işıqlandırır[14].
Trayanın təsviri
Trayan sütün frizində 59 dəfə təsvir olunub. Hər səhnədə o tək yox, insanların əhatəsində görünür. Təsvirlərdə bir liderə məxsus bütün cəhətlərin Trayanın simasında müdriklik, hərbi bacarıq, natiqlik qabiliyyəti, yüksək insanı hislər və s. əks olunmağa çalışılıb. Tütün təsvirlərdə Trayan ətrafakılarla ünsüyyətdə və daha çox qolunun bükülmüş pozası diqqəti cəl edir[10].
Şəkillər
- Yeni düşərgənin salınması
- Roma qoşunları irəlləyir
- Aşağıda, solda Trayan. Tikintidə göstərişlər verir
- Daklarla döyüş
İstinadlar
- "Колонна Траяна в Риме: история и описание". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-07.
- "Колонна Траяна". 2017-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
- "Колонна Траяна". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-07.
- Paoletti, John T.; Radke, Gary M. (2005), Art in Renaissance Italy (3rd ed.), Laurence King Publishing, ISBN 978-1-85669-439-1
- Epigraphik-Datenbank Clauss / Slaby EDCS
- Samuel Ball Platner et Thomas Ashby, A topographical dictionary of Ancient Rome, Oxford University Press, 1929, p. 240–244
- Martin Galinier, La colonne Trajane et les forums impériaux, Rome, Publications de l'École française de Rome, 2007
- Settis, " La colonne Trajane : L'empereur et son public ", Revue Archéologique Nouvelle Série, Presses Universitaires de France, vol. 1, 1991, p. 186–198
- Ranuccio Bianchi Bandinelli, Roma: l'arte al centro del potere (dalle origini al II secolo d. C.), vol. 1, RCS Corriere della Sera, Milano, RCS, 2005, ISSN 112908500.
- Mark Wilson Jones, " One Hundred Feet and a Spiral Stair : The Problem of Designing Trajan's Column ", Journal of Roman Archaeology, vol. 6, no 23–28, 1993
- Cinzia Conti, " Les sculpteurs de la frise historiée ", Dossiers d'archéologie, Éditions Faton, no 359, septembre/octobre 2013
- Secondo Reinach, da fonte: Coarelli 1984.
- "Рим – властитель мира • 25 мая 2009 г.Rossi L., Жихарев Е." 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
- Giangiacomo Martines, " Columna cochlis : la structure ", Dossiers d'archéologie, Éditions Faton, no 359, septembre/octobre 2013