Trapesiyaşəkilli sümük
Trapesiyaşəkilli sümük (lat. os trapezium, os multangulum majus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun birinci daraq sümüyü ilə calanmaya məxsusyəhərəbənzər bayır səthi, yuxarıda qayığabənzər və aşağıda trapesiyayabənzər sümüklərə məxsus içəri səthi vardır. Aşağıya doğru baxan kiçik oynaq səthi ikinci daraq sümüyünə məxsusdur. Ovuc səthinin bayır tərəfindəyuxarıya doğru çıxan qabarcıq — lat. tiberculum ossis trapezii (tuberculum ossis multanguli minus — BNA) vardır.
Trapesiyaşəkilli sümük | |
---|---|
Bitişir | |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
Mənbə
- Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.