Transpirasiya
Transpirasiya (lat. trans - vasitəsilə, lat. spiro - nəfəsvermək)[1] — bitkinin torpaqdan aldığı suyun yarpaqlar vasitəsilə buxarlandırmasıdır. Bitkilər kök sistemi ilə aldıqları suyu yarpaqlarlara qədər qaldırır. Bitkilərin torpaqdan sorduğu çox böyük miqdarda suyun yalnız mində bir və ya iki hissəsi sintez olunan üzvi maddələrin tərkibinə daxil olur, qalan 998-999 hissəsi isə yarpaqların səthi ilə buxarlanır. İlk baxışda, suyun bitkilərdən buxarlanması öz mahiyyətinə görə fiziki bir prosesi andırır. Ancaq bitkilərin anatomik və morfoloji qurluşları və fizioloji xüsusiyyətləri bu buxarlanmanı adı fiziki buxarlanma prosesindən əsaslı sürətdə fərqləndirir.
Təcrübələr göstərmişdir ki, subtropik şəraitdə havada rütubətin çox olması üzündən bitkilərdə buxarlanmanın azalması onların inkişafına mənfi təsir etmir, əksinə, müsbət təsir edir. Bitkilərin çoxlu su buxarlandırmasının səbəblərindən biri — onların əmələ gətirdikləri çoxlu və güclü yarpaq aparatıdır. Müşahidələr göstərmişdir ki, bitkidə yarpaqların ümumi səthi bitkinin tutduğu torpaq səthindən xeyli artıq olur. Bitkilərin yarpaq səthilərindən su buxarlanması ilə açıq səthindən su buxarlanması arasında əsaslı fərq var.
Xüsusiyyəti
Transpirasiya prosesində canlı hüceyrələrin səthindən su buxarlanır. Yarpaqların səthi su buxarını keçirməyən kutikula təbəqəsi ilə örtülüdür. Su əsas etibarı ilə yarpaqların ağızcıqları ilə buxarlanır. Yarpaqların daxili hüceyrələrinin səthindən su buxarlanaraq heceyrəarası boşluqlara dolur, oradan da yarpaqdaTranspirasiya prosesi bitkinin bütün fizioloji prosesləri ilə, xüsusən fotosintez prosesi ilə çox sıx əlaqədardır. Fotosintez prosesinin normal və intensiv getməsi üçün yarpaq hüceyrələrinin karbon qazı ilə təmin olunması lazımdır. Bu isə yarpaq ağızcıqlarının tam açıq olması şəraitində mümkündür. Ağızcıqlar tam açıq olanda transpirasiya prosesi sürətlənir.Ağızcıqlar qapandıqda isə transpirasiya prosesi zəifləyən kimi yarpaqlara karbon qazı da daxil olmadığından fotosintez prosesi dayanır. Demək, ağızcıqların açıq olması transpirasiyanın və fotosintez proseslərinin normal getməsi üçün lazımı şərait yarTranspirasiya prosesinin tənzim olunmasında ağızcıqların hərəkətinin də böyük əhəmiyyəti var. Yarpağın ağızcığı iki qapayıcı hüceyərdən ibarət olub, şəklinə, quruluşuna və fizioloji xüsusiyyətlərinə görə digər yarpaq hüceyrələrindən əsaslı surətdə fərqlənir. Ağızcıq hüceyrələrinin açılması üçün ən əsas amil bu hüceyrələrdə suyun çoxalmasıdır.
Transpirasiyaya təsir edən amillər
Transpirasiyanın gedişini tənzim edən amillərdən biri işıqdır. İşığın əsas funksiyası suyun buxara çevrilməsi üçün enerji mənbəyi olmaqla ağızcıqların açılmasına və bu prosesin böyük intensivliklə getməsinə kömək etməkdir. Havanın rütubəti də transpirasiyanı tənzim edən mühüm amillərdəndir. Havada rütubət artdıqda transirasiya zəifləyir, azaldıqda isə intensivləşir. Havanın temperaturunun yüksəlməsi transpirasiyanın sürətlənməsinə səbəb olur. Külək transpirasiyanı şiddətləndirir.[2]
İstinadlar
- "Словари и энциклопедии на Академике". 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-03.
- T.İ.Qaziyev.Bitkilərin həyatı. Bakı.Azərnəşr.1970.s.76-78